Aslan Aslanov danışdı

“Bu, mənlik məsələ deyil”

Source:


“Bu, mənlik məsələ deyil”

İki həftədən çoxdur Şəmkir rayonun sabiq icra başçısı, kənd təsərrüfatı nazirinin keçmiş müavini Aslan Aslanovun oğlunu öldürən Lamiyə Quliyevanın ana olması ilə bağlı qalmaqal davam edir.

Məhkumun həbsxanada zorlanması xəbəri və bunu Aslan Aslanovun qisasçılıq məqsədi ilə etdirməsi fikri sabiq nazir müavinini yenidən gündəmə gətirib.

Olayla bağlı AZNEWS.AZ-ın əməkdaşı sabiq icra başçısı ilə yaratsa da, Aslan Aslanov heç bir sualı cavablandırmayıb: «Mən heç bir suala cavab verməyəcəm. Çox sağ olun ki, məni yada salmısız, mənim də mövqeyimi öyrənmək istəmisiz. Amma bağışlayın, mən danışmayacam».

A.Aslanov bu cür ağır cinayətdə adının hallanmasından, ictimai qınağa tuş gəlməsindən narahat olub-olmaması ilə bağlı suala isə belə cavab verib: “Bu, mənlik məsələ deyil”.

Keçmiş nazir müavini indi işlərinin necə olması barədə də danışmaq istəməyib: “İndi başqa yerdəyəm, danışammıram, sonra zəngləşərik… ”

1987-ci il təvəllüdlü Lamiyə Quliyeva 2003-cü ildə həbs edilib. Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsinə əsasən təqsirləndirilən L. Quliyeva və nişanlısı Vüqar Əliyev 2003-cü ilin mayında Şəmkir rayonun sabiq icra başçısı (Sonradan Kənd Təsərrüfatı nazirinin müavini vəzifəsində çalışıb) Aslan Aslanovun oğlu Ruslanı qətlə yetirməkdə təqsirləndirilirlər. Respublika Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin hökmü ilə Vüqar Əliyev ömürlük, Lamiyə Quliyeva isə 10 il müddətinə azadlıqdan məhrum edilib. 2 il əvvəl isə L. Quliyevanın barəsində 317-ci (cəzaçəkmə müəssisəsinin və ya istintaq təcridxanasının normal fəaliyyətini pozma) maddəsi ilə cinayət işi başlanılıb. Həmin cinayət işi ilə əlaqədar onun cəzası 5 il 6 ay artırılıb.

Hazırda Vüqar Əliyev Qobustan həbsxanasında cəza çəkir.

Həbs olunan şəxslərə həbsxanada mənəvi və fiziki işgəncələr verdirməsi ilə bağlı mətbuatda dəfələrlə məlumatlar yayılıb.

Ana səhifəXəbərlərAslan Aslanov danışdı