Asiya İnkişaf Bankından manatın yeni devalvasiyası xəbərdarlığı

Azərbaycanın tədiyə balansının profisiti üzrə proqnozu pisləşib

Source:


Azərbaycanın tədiyə balansının profisiti üzrə proqnozu pisləşib

Asiya İnkişaf Bankı (AİB) “Asian Development Outlook 2015 Update” icmalında manatın yeni devalvasiya ehtimalı barədə xəbərdarlıq edib.

“Bunun üçün zəmin var – neftin ucuzluğu və valyuta ehtiyatlarının azalması.

Yanvar-avqustda valyuta ehtiyatları 30 faiz azalıb. Ötən ilin sentyabrından neft ucuzlaşır. Manatın dollara və avroya nisbətdə məzənnəsi neftin sayəsində sabit saxlanılırdı (ötən ilin avqustunda 1 barrel $103,08 idi).

Bundan başqa, neftin ucuzlaşması əhalinin və sahibkarların vəsaitlərinin dollarlaşması ilə nəticələnib – devalvasiyaya bir ay qalmış bank sektorunda böyük problem yaranıb – valyuta depozitləri iki dəfə artıb. Özəl strukturlar manatı dollara çevirib”, – deyə AİB hesab edir.

Asiya İnkişaf Bankı (AİB) 2015-ci ildə Azərbaycanda ÜDM-in artımını 3 faiz, gələn il 2,8 faiz səviyyəsində proqnozlaşdırır. AİB respublikada inflyasiya proqnozunu da dəyişməyib: 2015-ci ildə 6 faiz, 2016-cı ildə 5,5 faiz.

AİB Azərbaycanın tədiyə balansının profisiti üzrə proqnozu pisləşdirib. 2015-ci ilin yekunları üzrə bank tədiyə balansının profisitini ÜDM-in 6 faizi (cari ilin mart ayında proqnoz ÜDM-in 12 faizini təşkil edib), 2016-cı ildə ÜDM-in 8 faizi səviyyəsində olacağını gözləyir. Səbəblərdən biri idxalın artımı fonunda ixracın azalmasıdır.

Turan IA

Ana səhifəXəbərlərAsiya İnkişaf Bankından manatın yeni devalvasiyası xəbərdarlığı