Asif Yusifliyə 7 il yarım həbs cəzası verildi

AXCP Rəyasət Heyətinin üzvü, Qarabağ qazisi, vəkil Asif Yusiflinin məhkəməsi başa çatıb. Məhkəmə onun barəsində 7 il 6 ay həbs qərarı çıxarıb.

Source:

AXCP Rəyasət Heyətinin üzvü, Qarabağ qazisi, vəkil Asif Yusiflinin məhkəməsi başa çatıb. Məhkəmə onun barəsində 7 il 6 ay həbs qərarı çıxarıb.

Prokuror Asif Yusifliyə 8 il həbs cəzası istəmişdi.

Asif Yusifli ötən ilin noyabrın 25-də Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həbs olunmuşdu. Nərimanov Rayon Məhkəməsi onun haqqında 4 ay həbs qətimkan tədbiri seçdi. A.Yusifliyə qarşı Cinayət Məcəlləsinin 178 (dələduzluq və sənədlərin saxtalaşdırılması ) maddəsi irəli sürülmüşdü.

Ancaq proses zamanı məlum olmuşdu ki, A.Yusifli borc götürdüyü vətəndaşın borcunu artıqlaması ilə qaytarıb.

Ana səhifəXəbərlərAsif Yusifliyə 7 il yarım həbs cəzası verildi