Asif Yusifli təqsirsiz olduğunu bildirib

Vəkil məhkəmədən Yusiflinin Zülfüqarovanı aldatmaması və pulu mənimsəməməsi, eyni zamanda iş üzrə digər fiqurant Hüseynovun həbsi ilə əlaqədar ona dəymiş ziyanı ödəməsi ilə əlaqədar bəraət hökmü çıxarılmasını istəyib

Source:


Vəkil məhkəmədən Yusiflinin Zülfüqarovanı aldatmaması və pulu mənimsəməməsi, eyni zamanda iş üzrə digər fiqurant Hüseynovun həbsi ilə əlaqədar ona dəymiş ziyanı ödəməsi ilə əlaqədar bəraət hökmü çıxarılmasını istəyib

Oktyabrın 6-da Bakı Apellyasiya Məhkəməsində Xalq Cəbhəsi Partiyasının Məclis üzvü Asif Yusiflinin apellyasiya şikayətinə baxılıb.

Asif Yusifli 2014-cü il noyabrın 25-də fırıldaqçılıq (178-ci maddə) və sənədlərin saxtalaşdırılması (320-ci maddə) ittihamı ilə saxlanılıb. İş üzrə zərərçəkmiş Fəridə Zülfüqarova Yusifliyə Təhsil Nazirliyinin əməkdaşı Rafiq Hüseynova vermək üçün 6500 manat verib. Sonuncu bu rüşvət müqabilində Zülfüqarovanın oğlunun Ukraynada ali təhsil almasını təşkil etməli idi. Amma sövdələşmə pozulub və Hüseynov pulu qadına qaytarmayıb. Məhkəmə prosesi zamanı o etiraf edib ki, pulu o alıb, Yusiflinin bunda heç bir təqsiri yoxdur. Zülfüqarova da ziyanın ödənilməsi ilə əlaqədar şikayətini geri götürüb. Amma 2015-ci il iyulun 30-da məhkəmə Yusiflini fırıldaqçılıqda və sənədlərin saxtalaşdırılmasında təqsirli bilərək, 7,5 il müddətinə azadlıqdan məhrum edib. Digər təqsirləndirilən şəxs Rafiq Hüseynov 12,5 il azadlıqdan məhrumetmə cəzası alıb.

Bakı Apellyasiya Məhkəməsində bugünki prosesdə Yusifli yenidən təqsirsiz olduğunu bildirib, bu barədə Turan-a vəkil Fəxrəddin Mehdiyev bildirib.

Vəkil özü də prosesdə çıxış edib və məhkəmədən Yusiflinin Zülfüqarovanı aldatmaması və pulu mənimsəməməsi, eyni zamanda iş üzrə digər fiqurant Hüseynovun həbsi ilə əlaqədar ona dəymiş ziyanı ödəməsi ilə əlaqədar bəraət hökmü çıxarılmasını istəyib.

Məhkəmə iclası oktyabrın 9-da saat 11.00-da davam etdiriləcək. İclasda prokurorun çıxışı gözlənilir.

Yusifli birinci qrup Qarabağ müharibəsi əlilidir, himayəsində azyaşlı uşaqları var.

Ana səhifəXəbərlərAsif Yusifli təqsirsiz olduğunu bildirib