14.05. AXCP üzvü Məmməd İbrahim noyabrın 25-də günün ikinci yarısında naməlum səbəblərdən yoxa çıxan Asif Yusifli haqqında öz Facebook səhifəsində məlumat yayıb.
Məmməd İbrahim yazıb ki, bir neçə dəqiqə əvvəl Nərimanov Rayon Məhkəməsindən özünü təqdim etməyən bir vəkil ona zəng edərək bildirdi ki, Asif Yusiflini Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi sanksiya üçün Nərimanov məhkəməsinə gətirib: “Onun haqqında 4 ay həbs qətimkan tədbiri seçilib. Bildirildi ki, Asif bəy Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq) və 320.1 (sənədlərin saxtalaşdırılması) maddələrilə ittiham olunur. İndi Asif bəyi yenə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə qaytardılar, ordan da Kürdəxanıya göndərəcəklər”.
Asif Yusifli bu günlərdə ayağından əməliyyat olunub, o, qoltuqağacında gəzir
AXCP Rəyasət Heyətinin üzvü, Qarabağ əlili Asif Yusifli yoxa çıxıb. Məlumatı onun partiyadaşları sosial şəbəkələrdə yayıb. Bildirilir ki, Asif Yusifli evdən çıxaraq bir ofisə iş üçün gedib. Qayıtdıqda onu aparan maşının sürücüsü siqaret almaq üçün mağazaya girib. Sürücü mağazadan çıxdıqda Asif Yusiflinin maşında olmadığını görüb.
Onun telefonuna da zəng çatmır. Asif Yusifli bu günlərdə ayağından əməliyyat olunub. O, qoltuqağacında gəzir. Xəbər sayta qoyulan dəqiqələrə qədər Asif Yusiflidən xəbər yox idi.