ASAN Xidmət Seymur Həzinin nikahına əngəl yaradır (Yenilənir)

Nikaha süni əngəl yaradılır

Source:


15.19: “Qafqazinfo” məsələ ilə əlaqədar Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəhbəri Mehman Sadıqovla əlaqə saxlayıb. O bildirib ki, ASAN və Penitensiar Xidmətə təqdim olunan məktuba əsasən nikah mərasimi avqustun 2-nə nəzərdə tutulub:


“Nikaha girmək istəyən tərəflərin arzuları əsasında tarix sabah üçün təyin olunub. Ona görə də Ədliyyə Nazirliyinin Penitensiar Xidməti bu şəxslərin nikaha daxil olması üçün sabah hər cür şəraiti yaradacaq. “ASAN xidmət”in nümayəndəsi də nikah mərasimində iştirak edəcək”.


***


15.15: Hüquqşünas Fariz Namazlı Meydan TV-yə bildirib ki, səyyar xidmətin ləğv olunması bəhanədir:



“Qanunda  cəzaçəkmə müəssisəsində nikahın bağlanma qaydası nəzərdə tutulub. Səyyar xidmətin ləğvi Ədliyyə Nazirliyinin şəxsi istəyi ilə həyata keçirilə bilməz. Bu formada ləğv etmək düzgün deyil. Məsələ ilə bağlı normativ akt qəbul olunmalıdır. Hətta ləğv olunsaydı belə, nikaha girən şəxslərə məlumat verilməli idi”.


***

14.30: “4 saylı “Asan xidmət”in direktor müavini Əşrəf Əliyev bizə bildirir ki, Ədliyyə Nazirliyindən zəng elədilər və dedilər ki, səyyar nikahı təcili dayandırın!”

Bu fikirləri müsavatçı Əbülfəz Sadıqov öz

Facebook

 səhifəsində yazıb.

***

“ASAN xidmət”də olan Meydan TV əməkdaşının məlumatına görə, Aygün Hüseynova deyir ki, otağı təhvil vermək üçün növbətçi əməkdaşı gözləyir və otağı bu cür tərk edə bilməz. Növbətçi əməkdaşın nə vaxt gələcəyi bilinmir.

***

Nigar Yaqublu nikah masasında əməkdaşın gəlməsini gözləyir

“ASAN xidmət” Nigar Yaqublu ilə Seymur Həzinin nikahına maneə törədir. Bu haqda Meydan TV-yə N.Yaqublunun özü məlumat verib. O bildirib ki, xidmətin Bakıxanov şöbəsindən N.Yaqubluya bildiriblər ki, o 10 dəqiqə gecikdiyindən nikah bağlayacaq əməkdaş iş yerini tərk edib. Onun nə zaman geri qayıdacağı isə bəlli deyil.

Avqustun 1-də həbsdə olan jurnalist Seymur Həzi ilə Nigar Yaqublunun nikahı bağlanmalıdır.

Nigar Yaqublu Meydan TV -yə bildirmişdi ki, nikah Seymur Həzinin cəza çəkdiyi 17 saylı cəzaçəkmə müəssisəsində baş tutacaq.

“ASAN xidmət”in əməkdaşı Aygün Hüseynova ilə əlaqə saxlamaq mümkün olmadı. Xanım zənglərə cavab vermədi.

“ASAN xidmət”də olan Meydan TV əməkdaşının verdiyi məlumata görə, hələ də nikah xidmətini yerinə yetirmək üçün heç kim gəlməyib və Nigar Yaqublu nikah masasında əməkdaşın gəlməsini gözləyir.

Nigar Yaqublu ASAN xidmətin nikah salonunda gözləyir
Nigar Yaqublu ASAN xidmətin nikah salonunda gözləyir
Ana səhifəXəbərlərASAN Xidmət Seymur Həzinin nikahına əngəl yaradır (Yenilənir)