”ASAN Viza” sistemi tam fəaliyyətə başladı

“ASAN Viza” portalı tam istifadəyə verilib

Foto: Arxiv
ASAN Xidmət, foto: sputnik
ASAN Xidmət, foto: sputnik


“ASAN Viza” portalı tam istifadəyə verilib

ASAN Viza”

portalı

 yanvarın 10-da test rejimindən çıxaraq tam istifadəyə verilib.

Bu barədə “Report”a Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İnformasiya təminatı şöbəsindən bildirilib.

Bu günə kimi “ASAN Viza” portalından 500-ə yaxın əcnəbi və vətəndaşlığı olmayan şəxs elektron viza əldə edib.

Ötən ilin dekabrın 16-da “ASAN Viza” portalının təqdimat mərasimi keçirilib. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər elektron vizanı “ASAN Viza” sistemi vasitəsi ilə 3 addımla (müraciət et, ödəniş et və e-vizanı yüklə) və 3 iş günü ərzində əldə edə bilər. Elektron viza üçün dövlət rüsumu 20 ABŞ dolları təşkil edir və bu viza ölkədə qalma müddəti 30 günədək müəyyən edilən birgirişli elektron vizadır.

Ana səhifəXəbərlər”ASAN Viza” sistemi tam fəaliyyətə başladı