Oktyabrın 1-də AŞPA siyasi komitəsinin iclasında Azərbaycanın işğala məruz qalması ilə bağlı məruzəçinin məsələsi müzakirə olunacaq
AŞPA sessiyasında “Dağlıq Qarabağda və Azərbaycanın işğal edilmiş digər ərazilərində gərginliyin artması haqqında” hesabatın hazırlanmasına dair qərar qəbul edilib. Erməni deputatların müqaviməti baxmayaraq, qərar qəbul edilib.
“Turan İA” bildirir ki, oktyabrın 1-də AŞPA siyasi komitəsinin iclasında bununla bağlı məruzəçinin məsələsi müzakirə olunacaq.
Xatırldaq ki, 2005-ci ilin yanvarında AŞPA lord Atkinsonun hesabatı əsasında Dağlıq Qarabağa dair qətnamə qəbul edib. Sənəddə erməni işğalı pislənilir, Azərbaycann ərazi bütövlüyünün bərpası tələb olunur.
Bu qətnaməyə uyğun olaraq AŞPA-da Azərbaycan, Ermənistan və digər ölkələrin deputatlarının iştirakı ilə Dağlıq Qarabağ üzrə alt komitə yaradılıb. Lakin son illər erməni nümayəndə heyətu alt komitənin işini əngəlləyib.