Arzu Səmədbəyli Müsavat Məclisinin sədri olmaqdan imtina edib

Sabiq məclis sədri partiyanın sonuncu qurultayından sonra siyasi proseslərdə aktiv iştirak etmir

Source:


Sabiq məclis sədri partiyanın sonuncu qurultayından sonra siyasi proseslərdə aktiv iştirak etmir

Partiyadan apa-ya verilən məlumata görə, bu barədə A. Səmədbəyliyə Müsavat Partiyası rəhbərliyi tərəfindən təklif gəlsə də, o, bundan imtina edib.

Məsələni A. Səmədbəylinin özü ilə dəqiqləşdirməyə çalışsaq da, onunla əlaqə saxlamaq mümkün olmadı.

Müsavat başqanının müavini Gülağa Aslanlı isə apa-ya deyib ki, Məclis sədri hər hansı təkliflə deyil, Məclis üzvləri tərəfindən seçilir. O qeyd edib ki, A. Səmədbəylinin Məclis sədrliyinə yenidən namizədliyini irəli sürməsi barədə təkliflə tanış deyil.

Qeyd edək ki, A. Səmədbəyli hazırda Məclisin üzvüdür. Lakin partiyanın sonuncu qurultayından sonra siyasi proseslərdə aktiv iştirak etmir.

Ana səhifəXəbərlərArzu Səmədbəyli Müsavat Məclisinin sədri olmaqdan imtina edib