Prezidentin mətbuat xidməti məlumat yayıb
22 il vəzifədə olmuş, 83 yaşlı Baş nazir Artur Rasi-zadə artıq yeni formalaşan hökumətdə təmsil olunmayacaq.
Prezident İlham Əliyev aprelin 21-də Baş nazir vəzifəsində gördüyü işlərə görə təşəkkürünü bildirib.
Bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.
Mətbuat xidmətinin məlumatında bildirilib ki, Artur Rasi-zadə uzun illər dövlət qulluğunda yüksək vəzifələrdə səmərəli fəaliyyət göstərib və Heydər Əliyevin rəhbərliyi ilə həm sovetlər dövründə, həm də müstəqillik illərində Azərbaycanın inkişafı yolunda əzmlə çalışıb:
“Artur Rasi-zadə göstərilən qayğı və diqqətə görə dövlətimizin başçısına bir daha minnətdarlığını bildirib. O, Prezident İlham Əliyevə xalqımızın rifahı və firavanlığı naminə gələcək fəaliyyətində yeni-yeni uğurlar arzulayıb”.
Artur Rasi-zadə həm də Azərbaycan Dövlət Dili Komissiyasının sədri idi.
Aprelin 11-də Azərbaycanda növbədənkənar prezident seçkiləri keçirilib və İlham Əliyev 4-cü dəfə 7 illiyinə prezident olub. Konstitusiyaya uyğun olaraq Nazirlər Kabineti istefa verib və yenidən formalaşdırılmalıdır.
Artur Rəsizadə 1935-ci ildə Gəncədə anadan olub.
1996-2003-cü illərdə Baş nazir, 2003-cü ilin avqust – noyabr aylarında Baş nazirin birinci müavini vəzifələrində çalışıb.
O, 1996-cı ilin noyabr ayından yenidən Baş nazir vəzifəsində çalışıb.
Artur Rasi-zadə kənd təsərrüfatı mütəxəssisi, şair Tahir Rasizadənin oğlu, Azərbaycan ədibi Hüseyn Cavidin qardaşı nəvəsidir.