”Artıq proses məzənnənin oynaması istiqamətində gedir”

İlk devalvasiyanın 2 ili tamam oldu

Source:


İlk devalvasiyanın 2 ili tamam oldu

Fevralın 21-də milli valyutanın 34 faiz devalvasiya qərarının 2 ili tamam olur. Mərkəzi Bankın İdarə Heyətinin 21 dekabr 2015-ci il tarixli qərarı ilə sabit məzənnə rejimindən imtina edilib, üzən–tənzimlənən məzənnə rejiminin tətbiqinə başlandı. Mərkəzi Bank qərarının ixracata müsbət təsir edəcəyini bəyan etsə də, iqtisadçılar fərqli düşünürdülər. Və elə həmin ilin dekabrında manat 48 faiz dəyər itirdi. Mərkəzi Bank növbəti qərarını neftin qiymətinin enməsilə bağladı.

Ötən iki ildə ölkə iqtisadiyyatında hansı mənzərə yarandı? Meydan TV-nin sualını cavablandıran iqtisadi Samir Əliyev deyir ki, bugünlə müqayisədə manat 122 faiz öz dəyərini itirib: “Bu, iki dəfədən çoxdur. Ötən iki ildə devalvasiyanın mənfi tərəfindən danışarkən bunun daha çox əhaliyə təsiri diqqət çəkir. Müsbət baxımından isə hökumətə yönəlik təsirləri oldu. Mənfi tərəflər dedikdə, dollar krediti olan vətəndaşların aylıq ödənişləri iki dəfədən çox artdı və bu gün kreditləri qaytarmaqla bağlı çox böyük problemlər yaşanır. Digər mənfi tərəf qiymətlərin xeyli artmasıdı. Bundan başqa, 13 bank bağlandı, bankların sayı 45-dən 32-yə endi. Ümumiyyətlə, son iki ildə banklar çox böyük zərbə aldı, qalan banklar da bu zərbənin altından çıxa bilmir, onların bazarda qalmaq ehtimalı hələ də sual altındadır. Devalvasiya xaricdə təhsil alan, müalicəyə gedən insanların xərclərini artırdı”.

S.Əliyev təəssüflənir ki, milli valyutanın ucuzlaşmasından vəd olunan gəliri əldə etmək mümkün olmadı:

“Əgər Rusiya milli valyutasının devalvasiyası nəticəsində ixracını artıra bildisə, Azərbaycan hökuməti neftdənkənar ixracı artıra bilmədilər”.

O, iki devalvasiyanın müsbət tərəfi barədə deyib ki, bir tərəfdən müəyyən xarici ehtiyatların əriməsinin qarşısı alındı:

“Mərkəzi Bankın ehtiyatı 15 milyarddan 4 milyarda qədər azaldı. Əgər manat devalvasiyaya getməsəydi, ərimə prosesi davam edəcəkdi. Ümumən yanaşdıqda, devalvasiya arzuolunan proses deyil və bu, məcburiyyət qarşısında atılan addımdır.

“Düşünürəm ki, hökumətin qarşısında dayanan əsas vəzifə milli valyutanın sabitliyini təmin etməkdir. Bu sabitlik olmayınca, ölkə iqtisadiyyatı uğura nail ola bilməyəcək. Hazırda kəskin devalvasiya olmasa da, yumşaq devalvasiya müşahidə olunur. Çox təəssüf ki, artıq proses məzənnənin oynaması istiqamətində gedir”.

Ana səhifəXəbərlər”Artıq proses məzənnənin oynaması istiqamətində gedir”