Arsen Baqdasaryan: Basdırmaq üçün özümlə üç mina gətirmişdim

O, həmçinin saxlanılan zaman Azərbaycan hərbçiləri tərəfindən zorakılığa məruz qalmadığını, hətta ona çay verildiyini də deyib

Source:


O, həmçinin saxlanılan zaman Azərbaycan hərbçiləri tərəfindən zorakılığa məruz qalmadığını, hətta ona çay verildiyini də deyib

Aprelin 20-də Gəncə Ağır Cinayətlər Məhkəməsində ötən il dekabrın 26-da cəbhənin

Ağdam

rayonu istiqamətində qoşunların təmas xəttini keçən erməni kəşfiyyatçı Baqdasaryan Arsen Eduardoviçin cinayət işi üzrə məhkəmə baxışı davam etdirilib.


APA

-nın qərb bürosunun məlumatına görə, hakim Elbəy Allahverdiyevin sədrlik etdiyi prosesdə zərərçəkənlər və şahidlər ifadə verib.

Arsen Baqdasaryan məhkəmədə verdiyi ifadəsində Azərbaycan hərbçiləri tərəfindən saxlanılan zaman öncə özünü Vazgen Qriqoryan kimi təqdim etdiyini deyib.

O, üzərində üç mina və onları basdırmaq üçün bıçaq olduğunu bildirib.

Baş çavuş olduğunu deyən A. Baqdasaryan həmin minaları basdırmaq barədə komandirindən tapşırıq aldığını açıqlayıb.

O, həmçinin saxlanılan zaman Azərbaycan hərbçiləri tərəfindən zorakılığa məruz qalmadığını, hətta ona çay verildiyini də deyib.

Proses aprelin 27-də davam etdiriləcək.

Respublika Hərbi Prokurorluğunun yaydığı məlumata görə, ötən il dekabrın 26-da cəbhənin

Ağdam

rayonu istiqamətində qoşunların təmas xəttini keçən ermənilərin kəşfiyyat-təxribat qrupunun üzvü olan peşəkar hərbi qulluqçu Baqdasaryan Arsen Eduardoviç Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının sayıqlığı nəticəsində yaxalanıb və hüquq mühafizə orqanlarına təhvil verilib.

Fakt üzrə Hərbi Prokurorluqda Cinayət Məcəlləsinin 29,120.2.7-ci, 29,120.2.12-ci və 29,282.2-ci maddələri ilə cinayət işi başlanıb və istintaq aparılıb.

İstintaqla müəyyən olunub ki, Ermənistanda xüsusi təlim keçən Arsen Baqdasaryan Azərbaycan Respublikasının Ermənistan Respublikası tərəfindən işğal altında saxlanılan

Ağdərə

rayonu ərazisində yerləşdirilən Ermənistan silahlı qüvvələrinin tərkib hissəsi olan 49971 saylı hərbi hissədə müqavilə əsasında baş çavuş hərbi rütbəsində kəşfiyyat bölüyünün tağım komandiri vəzifəsində fəaliyyət göstərdiyi zaman hərbi hissə komandirindən (adı və soyadı bəllidir) Azərbaycan Respublikasının vətəndaşlarını milli ədavət və düşmənçilik niyyəti ilə qəsdən öldürmək, Azərbaycanın müdafiə qabiliyyətini zəiflətmək məqsədilə Silahlı Qüvvələrimizin müdafiə mövqelərinə tərəf keçib səngərlərdə partlayışlar törətmək üçün mina basdırılması barədə göstərişlər alıb. Arsen Baqdasaryan bu məqsədlə cinayətkar birliyin digər üzvləri ilə birlikdə (onların adları və soyadları istintaqa bəllidir) 2014-cü il dekabrın 26-da saat 15 radələrində qoşunların təmas xəttini gizli olaraq keçərək Azərbaycan Silahlı Qüvvələrinin müdafiə mövqelərində özləri ilə götürdükləri 7 ədəd “fuqas” tipli piyada əleyhinə minalardan 3 ədədini Azərbaycan hərbi qulluqçularının daha çox gedib-gəldiyi səngər yollarında yerləşdirdikdən sonra geri qayıtmaq istəyərkən tutulub. Cinayət törətməkdə əsaslı şübhələr olduğundan Arsen Baqdasaryan barəsində Bakı Hərbi Məhkəməsi tərəfindən həbs qətimkan tədbiri seçilib.

İş üzrə zəruri istintaq hərəkətləri aparılaraq hadisə yerinə, habelə Arsen Baqdasaryanın üzərindən götürülmüş soyuq silaha və digər əşyalara, torpağa basdırılmış minalardan birinə, həmçinin digər iki minanın partladılmaqla zərərsizləşdirildiyi yerə baxış keçirilməklə, məhkəmə-tibbi, kompleks məhkəmə psixiatrik və psixoloji, məhkəmə partlayış-texniki və s. ekspertizaları təyin edilərək rəylər alınıb, hadisənin şahidləri dindirilib.

Ana səhifəXəbərlərArsen Baqdasaryan: Basdırmaq üçün özümlə üç mina gətirmişdim