Arqamuntun Bakıya səfəri təxirə düşüb

AŞPA üzvü hazırladığı məruzə ilə əlaqədər Azərbaycana gəlməli idi

Source:


AŞPA üzvü hazırladığı məruzə ilə əlaqədər Azərbaycana gəlməli idi

AŞPA üzvü, ispaniyalı deputat Pedro Aqramunt Bakıya aprelin 8-9-da nəzərdə tutulan səfərini ləğv edib.

“Səfər gözlənilməyən hallarla əlaqədar təxirə salınıb”, – deyə Avropa Şurasının Twitter-dəki rəsmi səhifəsində yerləşdirilmiş məlumatda bildirilir.

Aqramuntun missiyası AŞPA-nın hüquq məsələləri və insan hüquqları üzrə komitəsi üçün “Azərbaycanın Avropa Şurasına sədrliyi: insan hüquqlarına hörmət sahəsində hansı tədbirlər görülüb?” mövzusunda məruzə hazırlaması ilə əlaqədar planlaşdırılırdı.

AŞPA komitəsi Aqramunta məruzə hazırlamağı hələ 2014-cü ilin iyununda, yerli fəalların siyasi məhbuslar problemi ilə bağlı çoxsaylı müraciətlərindən sonra tapşırmışdı.

Bu, Azərbaycanın AŞ Nazirlər Komitəsinə sədrliyinin başlanğıcı ilə eyni vaxta təsadüf edib.

Azərbaycanın sədrliyi dövründə vəziyyət nəinki yaxşılaşmayıb, əksinə, pisləşib: Avropa Şurasına siyasi məhbuslar problemi haqqında məlumat verən hüquq müdafiəçilərinin həbsləri davam edib.

Bütün bu müddət ərzində Aqramunt münasibət bildirməyib və bir dəfə də Azərbaycana gəlməyib. Yalnız martda o, AŞPA Monitorinq Komitəsinin digər həmməruzəçisi, Polşalı həmkarı Tadeuş İvinski ilə birlikdə Azərbaycana qısa səfər edib.

Bu zaman hər iki məruzəçi ictimai bəyanatlardan uzaq durublar və mətbuat konfransı keçirməyiblər. (“Turan” İA)

Ana səhifəXəbərlərArqamuntun Bakıya səfəri təxirə düşüb