Arif Yunus MTN-in İstintaq Təcridxanasına köçürülüb

Məhkəmə konfliktoloqun iddiasını təmin etməyib

Source:


Məhkəmə  konfliktoloqun iddiasını təmin etməyib

Avqustun 11-də Bakı Apellyasiya Məhkəməsində konfliktoloq Arif Yunusun həbsi ilə bağlı şikayətinə baxılıb.

Prosesdə A.Yunus özü də iştirak edib.

Konfliktoloqun vəkili Xalid Bağırov Meydan TV-yə bildirib ki, məhkəmə şikayəti təmin etməyib və birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlayıb.

Avqustun 7-də Arif  Yunus MTN İstintaq Təcridxanasına köçürülüb. Amma bununla bağlı heç bir izahat verilməyib. – vəkil Xalif Bağırov belə deyib.

Avqustun 5-də Nəsimi Rayon Məhkəməsi konfliktoloq Arif Yunusun 3 ay müddətinə həbs olunması barədə qərar çıxarıb.

İyulun 30-da o, polis nəzarətinə götürülüb, həyat yoldaşı, SDİ-nin direktoru Leyla Yunus isə həbs olunub. Onlar dövlətə xəyanətdə və digər cinayətləri törətməkdə ittiham olunurlar.

Ana səhifəXəbərlərArif Yunus MTN-in İstintaq Təcridxanasına köçürülüb