Arif Yunus azadlığa buraxıldı (YENİLƏNİB, VİDEO)

Konfliktoloq məhkəmə zalını tərk etmək istəmir

Noyabrın 12-də Apellyasiya Məhkəməsində hakim Vüqar Məmmədovun sədrliyi ilə hüquq müdafiəçisi  Leyla Yunus və həyat yoldaşı Arif Yunusun şikayətinə baxılıb. Məhkəmə Ədliyyə Nazirliyi Tibbi Ekspertizasının rəyini əsas gətirərək, həbs-qətimkan tədbirini dəyişib, onu ölkəni tərk etməmək şərtilə azadlığa buraxıb. Lakin Arif Yunus qəfəsdən çıxmaq istəməyib. O, məhkəmə zalını həyat yoldaşı ilə birgə tərk etmək istədiyini bildirib.

Konfliktoloq artıq 6 gündür aclıq etdiyini deyib və Leyla Yunusun azad olunmasını tələb edib.

Vəkil Elçin Sadıqovun sözlərinə görə, birinci instansiyanın qərarı qüvvədə saxlanılıarsa, Arif Yunus təkrar həbs olunacaq.


A.Yunus 2014-cü il avqustun 5-də – həyat yoldaşı hüquq müdafiəçisi Leyla Yunusun həbsindən bir qədər sonra həbs olunub. Onlar Ermənistanın xeyrinə casusluqda ittiham olunurlar.


Amnesty İnternational beynəlxalq hüquq-müdafiə təşkiları onları “vicdan məhbusları” kimi tanıyıb.

Ana səhifəVideoArif Yunus azadlığa buraxıldı (YENİLƏNİB, VİDEO)