Arif Yunus 60 yaşını MTN-in təcridxanasında qeyd edir

“Onun saxlanma şəraitindən də şikayəti yoxdur. Əsas narahatlığı həyat yoldaşı Leyla Yunusun səhhəti ilə bağlıdır”

Source:


“Onun saxlanma şəraitindən də şikayəti yoxdur. Əsas narahatlığı həyat yoldaşı Leyla Yunusun səhhəti ilə bağlıdır”

Bugün, yanvarın 12-də həbsdə olan tarixçi alim Arif Yunusun 60 yaşı tamam olur.

O, doğum gününü Milli Təhlükəsizlik Nazirliyinin istintaq təcridxanasında qeyd edir.

Arif Yunus 2013-cü il  avqustun 5-də, onun həyat yoldaşı tanınmış hüquq müdafiəçisi Leyla Yunus isə iyulun 30-da həbs edilib.

A. Yunus Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) və 178.3.2-ci (dələduzluq), Leyla Yunus isə Cinayət Məcəlləsinin 274-cü, 178.3.2-ci, 192.2.2-ci (qanunsuz sahibkarlıq), 213.2.2-ci (vergidən yayınma, 320.1-ci (rəsmi sənədləri saxtalaşdırma) və 320.2-ci maddələri ilə təqsirli bilinir.

Arif və Leyla Yunuslar ittihamları siyasi sifariş hesab edirlər. Onlar Amnesty İnternational tərəfindən “vicdan məhbusu” elan ediliblər.

A. Yunus indiyədək istintaqa ifadə verməyib. Son 10-15 gündə isə onunla bağlı hər hansı istintaq hərəkəti aparılmayıb.

Bu barədə “Turan İA”-a vəkil Əfqan Məmmədov bildirib.

Vəkil ötən həftənin sonunda A. Yunusla görüşüb. Onun sözlərinə görə, A. Yunusun səhhəti  ümumən normaldır. Amma əvvəldən mövcud olan xəstəlikləri var.

“Onun saxlanma şəraitindən də şikayəti yoxdur. Əsas narahatlığı həyat yoldaşı Leyla Yunusun səhhəti ilə bağlıdır”, – o qeyd edib.

Ana səhifəXəbərlərArif Yunus 60 yaşını MTN-in təcridxanasında qeyd edir