Arif Paşayevin şirkətləri prezidentin qızlarının nəzarətinə keçdi

Şirkətlərin ümumi aktivləri 5 mlrd manatdan çox təşkil edir

Source:


Şirkətlərin ümumi aktivləri 5 mlrd manatdan çox təşkil edir

Akademik, Azərbaycan Aviasiya Akademiyasının rektoru Arif Paşayev ailə biznesinin idarə edilməsindən əl çəkərək, kommersiya şirkətlərinə nəzarəti prezident İlham Əliyevin qızları Leyla və Arzu Əliyevalara verib.

“Turan”-ın məlumatına görə, proses ötən il başa çatıb. Ancaq bu barədə 2013-cü ilin nəticələrinə görə, iki kommersiya bankının maliyyə hesabatının beynəlxalq auditinin nəticəsi açıqlanandan sonra məlum olub (http://www.pashabank.az/static,31/lang,az/).

Buna qədər Əliyeva bacıları “Express Bank” ASC (2012-ci ilin dekabrın 31-ə kapital həcmi – 100,5 mln manat), “Silk Way Bank” ASC (31.12.2012 – 74 mln manat) və “Xalq Bank” ASC-ə (31.12.2012 – 185,6 mln manat) nəzarət edirdi. Arif Paşayev 2013-cü ilə qədər iri inkişaf edən şirkətlər qrupu olan “Paşa Holding” MMC çətiri altında cəmləşmiş biznesə nəzarət edirdi.

2006-cı ilin noyabr ayında yaradılan holdinqə rəsmən “Paşa Bank” ASC (2014-cü ilin mayın 1-ə nizamnamə kapialı- 333 mln manat), “Paşa Sığorta” (50 mln manat), “Paşa Həyat Sığorta” (40,2 mln manat), “Paşa İnşaat” (açıqlanmır), “Paşa Travel” (50 mln manat) və  “Kapital Bank” (150 mln manat) daxildir. Bu şirkətlərdən əlavə qrupa həmçinin bir neçə fəal şirkətlər daxildir (“Paşa Kapital”, “Paşa Development”, “Xalq Kapital”, “Xalq Sığorta” və s.).

Holdinqin şirkətləri bir çox biznes strukturlarda iştirak payına malikdir. Bəzi qiymətləndirmələrə əsasən, bu və digər şirkətlərin ümumi aktivləri 5 mlrd manatdan çox təşkil edir.

“Paşa Holding” MMC törəmə şirkətləri vasitəsilə Bakıda və ölkənin regionlarında bir çox daşınmaz əmlaka sahibdir. Bunlar Port Baku Towers (ümumi daxili sahəsi – 130 min m

2

),  Port Baku (382,3 min m

2

) və Nizami (17,5 min m

2

) yaşayış kompleksləri, 900 avtomobillik kommersiya parkinqi, 28 Mall (65,7 min m

2

), Shuvelan Park (15 min m

2

), Port Baku (30 min m

2

) ticarət mərkəzləri, JW Marriott (18,6 min m

2

), Four Seasons (49,3 min m

2

) və Pik Palace (32,7 min m

2

) otelləri, Amburan çimərlik kompleksi, The Club müalicə mərkəzi, həmçinin çoxsaylı kafe, restoran və butik-mağazalardır. Holdinq investisiya fəaliyyətin davam etdirir və 2014-2-15-ci illərdə Bakıda və ölkənin regionlarında bir neçə otel və ticarət mərkəzlərini istismara verməyi planlaşdırır.

Ana səhifəXəbərlərArif Paşayevin şirkətləri prezidentin qızlarının nəzarətinə keçdi