Arif Məmmədov: “Şəkil fotomontajdı, mənim elə kostyumum yoxdur”

Səfir Azərbaycan xalqına müraciət etdi

Source:


Səfir Azərbaycan xalqına müraciət etdi

İslam Konfransı Təşkilatının Avropa İttifaqı yanındakı nümayəndə heyətinin hazırkı rəhbəri, bundan əvvəl isə Azərbaycanı 5 il Avropa Şurasında, 7 il Avropa İttifaqında təmsil etmiş Arif Məmmədovun ətrafında yaranmış qalmaqal səngimək bilmir. Öz Facebook səhifəsində paylaşdığı qeydə görə hədəfə alınan səfir iyunun 5-də sosial şəbəkə vasitəsilə xalqa müraciət edib. Müraciətdə deyilir: ““Əziz dostlar, bacı və qardaşlar, uca Azərbaycan xalqı!

Bu gün günün ikinci yarısından mənə qarşı hücumlar yenidən başladı. Murzilkada, murzilkaçılar nazir Məmmədyarovla olan şəkildən tutub. Bütün digər faktlar yalandı. Mənim belə kostyumum yoxdur və heç zaman olmayıb. Fikir versəniz, aydın görünür ki şəkil fotomontajdır. Elə məqalədən göturülən (qeyd: Avropa Şurasında çıxışım) şəkildi və kiminsə şəklinə yapışdırılıb. Siz bu qədər axmaqlıq və səriştəsizliyi hardasa görmüsünüzmü?

Uca Allahımız bizdən səbrli olmağımızı istəyir. Amma deyəsən millətimizin səbri artıq tükənibdir. Baş əyirəm mənim sevimli xalqımın qarşısında”.

Ana səhifəXəbərlərArif Məmmədov: “Şəkil fotomontajdı, mənim elə kostyumum yoxdur”