Arif Məmmədov prezident İlham Əliyevə müraciət etdi: Onlar ölkənin xərçəng şişidir

“Cəsarətli qərarlar qəbul etməyin və ölkəni bu natəmizlikdən xilas etməyin vaxtıdır”

Source:


“Cəsarətli qərarlar qəbul etməyin və ölkəni bu natəmizlikdən xilas etməyin vaxtıdır”

Aİ yanında İslam Əməkdaşlıq Təşkilatının keçmiş nümayəndəsi Arif Məmmədov Azərbaycan prezidenti İlham Əliyevə açıq məktubla müraciət edib.

A.Məmmədovun Facebook səhifəsində dərc edilən məktubunda deyilir ki, səfirlərin ölkə rəhbərliyinə qarşı qəsd hazırlamaları barədə yazılar ölkə pezidentinin ətrafında olan müəyyən şəxslər tərəfindən “ödənilib”.

“Mən əvvəllər də öz məktubumda sizə bildirmişdim ki, Azərbaycan hökumətindəki müəyyən şəxslər öz gərəksiz fəaliyyətlərinə haqq qazandırmaq üçün Qərb, Avropa Şurası, Avropa İttifaqı, indi də səfirlərə qarşı hiylələrə əl atırlar.

Təxribat bu insanların qadir olduqları yeganə nəsnədir.  Onlar Azərbaycan xalqına, ağıllı və bacarıqlı insanlara nifrət edirlər, çünki onları  gərəksiz olan özlərinə təhlükə kimi görürlər”, – diplomat yazır.

 “Cənab prezident,

Cəsarətli qərarlar qəbul etməyin və ölkəni bu natəmizlikdən xilas etməyin vaxtıdır. Bu insanlar sizin imicinizə ziyan vurur və dünyada qəsdən ölkə haqqında mənfi imic yaradırlar. Onlar ölkənin xərçəng şişidir.

Siz həmin insanları çox yaxşı tanıyırsınız.  Onlar sizin komandanın sonuncu ən yaxşı kadrlarına hücum edirlər. Bu gün onlar xarici işlər naziri başda olmaqla ölkənin ən yaxşı diplomatlarını hədəf kimi seçiblər.

Əgər siz təcili qərarlar qəbul etməsəniz onlar dayanmayacaqlar. Azərbaycan xalqı sizin düzgün qərarlar qəbul edəcəyinizə ümid bəsləyir”, – bəyanatda deyilir.

Ana səhifəXəbərlərArif Məmmədov prezident İlham Əliyevə müraciət etdi: Onlar ölkənin xərçəng şişidir