Arif Hacılının müavini istefa verib

Razim Əmiraslanlının hansı məsələlər üzrə müavin təyin olunduğu qeyd olunmur

Source:
Elman Fəttah
Elman Fəttah


Razim Əmiraslanlının hansı məsələlər üzrə müavin təyin olunduğu qeyd olunmur

Dekabrın 12-də Arif Hacılının sərəncamı ilə Müsavatın Divan üzvü Razim Əmiraslanlı Müsavat başqanının müavini vəzifəsinə təyin olunub.

Məlumatı “bastainfo.com” partiyanın mətbuat xidmətinə istinadən

yayıb

.

Lakin xəbərdə R.Əmiraslanın hansı məsələlər üzrə başqan müavini təyin olunduğu qeyd olunmayıb.

Meydan TV-nin partiya üzvlərindən əldə etdiyi məlumata görə, Müsavat başqanının siyasi məsələlər üzrə müavini Elman Fəttah bir müddət öncə vəzifəsindən istefa verib.

R.Əmiraslanlının da onun yerinə təyinat aldığı bildirilir.

Elman Fəttah məlumatı Meydan TV-yə təsdiqləyib və 1 ay öncə istefa verdiyini deyib. O, istefasından başqa siyasi mənalar çıxarılmasının əleyhinədir:

“Bu, köhnə məlumatdır, sadəcə, idarəetmədə fikir ayrılıqlarına görə müavinlikdən istefa vermişəm, Divan üzvü olaraq qalıram”.

Razim Əmiraslanlı
Razim Əmiraslanlı

Partiya başqanı Arif Hacılı isə Razim Əmiraslanlının Elman Fəttahın yerinə təyin olunmadığını deyir:

“Müsavatda boş müavin yerləri var, vəssalam”.

Razim Əmiraslanlı 1965-ci ildə Cəbrayıl rayonunda anadan olub. İxtisasca hüquqşünasdır. O, 2000-ci ildən Müsavat Partiyasının üzvüdür. 2011-2015-ci illərdə Müsavat Partiyası Səbail rayon təşkilatının sədri olub. 2013-cü ildən partiyanın təşkilat şöbəsinin müdiri, 2014-cü ildən Divan üzvüdür.

Ana səhifəXəbərlərArif Hacılının müavini istefa verib