Arif Hacılıdan birgə aksiya çağırışı

Cəmil Həsənli: ”Milli Şura sentyabrın 24-də aksiya keçirməyə qərarlı deyil”

Source:


Cəmil Həsənli: ”Milli Şura sentyabrın 24-də aksiya keçirməyə qərarlı deyil”

Müsavat Partiyasının başqanı Arif Hacılı Milli Şura ilə səylərin birləşdirilməsinə tərəfdar olduğunu bildirib və sentyabrın 24-də bütün müxalifət qüvvələrini birgə mitinqin keçirilməsinə çağırıb.

Meydan TV məsələ ilə bağlı Milli Şuranın sədri Cəmil Həsənli ilə əlaqə saxlayıb.

Milli Şuranın 17 sentyabr aksiyasının repressiya şəraitində keçdiyini vurğulayan Cəmil Həsənli bildirib ki, onlar sentyabrın 24-də mitinq keçirmək niyyətində deyillər: “Mitinq dinc xarakter daşısa da, keçirilməsi paytaxt rəhbərliyi ilə razılaşdırılsa da, Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən təxribatlar törədildi. Bundan əvvəl isə hakimiyyətin nəzarətindəki televiziyalar mitinqin əleyhinə kampaniya aparırdılar. Sadaladıqlarım azad toplaşma hüququ ilə kəskin ziddiyyət təşkil edir. İkincisi, mitinqdən 1-2 gün əvvəl və sentyabrın 17-də səhər saatlarında 80-dən çox aksiya təşkilatçısı, AXCP-nin və Milli Şuranın üzvləri saxlanılıdı. Onlar faktiki olaraq hazırlıq işlərindən kənarlaşdırıldılar. O cümlədən, aksiya üçün vacib olan texniki avadanlıqlar da müsadirə olunmuşdu. Mitinq günü isə şəhər ətrafından Bakıya gələn yollar bağlandı, konkret olaraq, Sumqayıtdan gələnlərə ciddi əngəl törədildi. Elə həmin gün Milli Şuranın və bir sıra gənclər təşkilatlarının fəalları polisə çağırıldı və onlar aksiya başa çatandan sonra buraxıldı. Aksiya başa çatandan sonra təxminən 200-dən çox iştirakçı Yasamal və rayon polis idarələrinə aparıldı, onlar saxlanılarkən zor tətbiq edildi. Beləliklə, polis orqanları razılaşdırılmış aksiyanın dinc xarakterini pozdular.

Cəmil Həsənli
Cəmil Həsənli

Hakimiyyət dinc mitinqə bu cür münasibətlə yanaşırsa, deməli, bu, dinc mitinq deyil. Referendum aktının azad müzakirəsinə və ona qarşı münasibət bildirilməsinə zor tətbiq edilərək əngəllər törədilir. Hakimiyyət üzərinə götürdüyü öhdəlikləri pozduğuna görə Milli Şura sentyabrın 24-də aksiya keçirməyə qərarlı deyil. Eyni zamanda, Milli Şura 17 sentyabr mitinqində növbəti aksiya haqqında elan vermədi. Dinc insanları polis dəyənəyinin altına verə bilmərik”.

Ana səhifəXəbərlərArif Hacılıdan birgə aksiya çağırışı