Arif Hacılı: “Vurğun Əyyubun məclis üzvülüyündən çıxarılması haqqında qərar verməliyik” (yenilənib)

Məclis üzvü Sabir Məmmədli: “Mən bu bolşevik metodunun əleyhinəyəm, bu gün zal boşalır, çünki…”

Source:


Məclis üzvü Sabir Məmmədli: “Mən bu bolşevik metodunun əleyhinəyəm, bu gün zal boşalır, çünki…”

Müsavat Partiyası Məclisinin iclasında başqan Arif Hacılı Vurğun Əyyubun Məclis üzvlüyündən çıxarılması barədə məsələ qaldırılıb.

APA-nın xəbərinə görə, Müsavat başqanı Arif Hacılı bildirib ki, V. Əyyub Məclisin toplantılarında mütəmadi iştirak etmir, sosial şəbəkələrdə, mətbuatda Məclisin iclaslarında qəsdən iştirak etmədiyi və bundan sonra da iştirak etməyəcəyi haqda fikirlər səsləndirir: “Vurğun Əyyub 3 ay ərində sistemli olaraq özünü Müsavat Məclisinin üzvü saymadığını vurğulayıb. Bir gün əvvəl də onu Məclisin iclasına dəvət etmişik. Ancaq o, Məclisə gəlməyəcəyini və özünü Məclis üzvü hesab etmədiyini deyib. Bu barədə ardıcıl açıqlamalar verir. Hesab edirəm ki, Məclis üzvü olmadığını bəyan etməsini nəzərə alaraq, onun Məclis üzvlüyündən çıxarılması haqqında qərar verməliyik”.

Divan üzvləri Razim Əmiraslanlı və Nemət Kərimli V. Əyyubun Məclis üzvlüyündən çıxarılması haqqında təklifi dəstəkləyiblər. Məclis üzvü Sabir Məmmədli isə buna etiraz edib: “Mən bu bolşevik metodunun əleyhinəyəm. Bu gün zal boşalır. Çünki özünü dahi elan edənlər adicə prosedur qaydalarını düzgün yerinə yetirmirlər”.

Qadınlar Birliyinin sədri Ellada Məmmədli, Arifə Hüseynli və digərləri də təklifə qarşı çıxıblar. Belə olan halda, A. Hacılı qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəylik Gününü də nəzərə alaraq məsələni səsə qoymayıb. Lakin o, V. Əyyubun tərəfdarlarından onun iclasda iştirakını təmin etmələrini istəyib. A. Hacılı bildirib ki, bu məsələni səsə qoysa, V. Əyyubun çıxarılacağını bilir, lakin 4-5 nəfərin etirazlarını nəzərə alaraq hələlik bundan vaz keçir.

“Məni Müsavat Partiyasının legitim hesab etmədiyim Məclis üzvülüyündən çıxarmaq gülünc bir qərar olar”. Bu barədə Trend-ə Vurğun Əyyub Müsavat Partiyası Məclisinin iclasında onun Məclis üzvlüyündən çıxarılması barədə müzakirələrə münasibət bildirərkən deyib.

V.Əyyub qeyd edib ki, onların bu müzakirəsi məni maraqlandırmır:

“Əgər mənim Məclisdən çıxarılmam barədə qərar olarsa, bu, çox gülməli olar. Çünki mən özümü Müsavat Partiyasının Məclisinin üzvü hesab etmirəm. Məclisi də, özümün Məclis üzvülüyümü də legitim hesab etmirəm. Olmadığım bir yerdən məni çıxarmaq çox gülməli görünər”.

Ana səhifəXəbərlərArif Hacılı: “Vurğun Əyyubun məclis üzvülüyündən çıxarılması haqqında qərar verməliyik” (yenilənib)