Arif Hacılı Roma Papasının hədiyyə paylamasına münasibət bildirdi

”Roma Papası dünən hakim ailə üzvlərinə hədiyyələr paylayarkən Vatikan liderinin o zamankı rəzil durumunu xatırladım”

Source:
Arif Hacılı foto Meydan TV


”Roma Papası dünən hakim ailə üzvlərinə hədiyyələr paylayarkən Vatikan liderinin o zamankı rəzil durumunu xatırladım”

Roma Papası Fransiskin Azərbaycana bir günlük səfəri başa çatdı. Səfər Azərbaycan televiziyalarında geniş işıqlandırılsa da, hakim ailə ilə görüş “unuduldu”. Amma görüş ətraflı şəkildə sosial şəbəkələrdə yayıldı. Görüşdə Roma Papasının hakim ailə üzvlərinə hədiyyəsi və qarşı tərəfdən aldığı hədiyyələr, səslənən fikirlər Müsavat Partiyasının başqanı Arif Hacılının diqqətindən yayınmayıb.

Müsavat başqanı öz “Facebook” səhifəsində Roma Papasının hakim ailə üzvlərilə görüşünü belə şərh edib:

“Napaleon Roma Papasını onun başına imperator tacını qoymaq üçün gətirtmişdi. Düzdü, sonda bunu Papaya layiq görmədi, tacı onun əlindən alıb özü öz başına qoydu. Papanı həbs etdirib, xeyli illər həbsxanada saxladı.

Referendumdan dərhal sonra Azərbaycana gətirilən Roma Papası dünən hakim ailə üzvlərinə hədiyyələr paylayarkən Vatikan liderinin o zamankı rəzil durumunu xatırladım”.

Ana səhifəXəbərlərArif Hacılı Roma Papasının hədiyyə paylamasına münasibət bildirdi