Arif Hacılı Qubad İbadoğlunun partiyaya zərbə vurmasından yazdı

“O, Müsavata qarşı bundan daha artığını edə bilməzdi”

Source:


“O, Müsavata qarşı bundan daha artığını edə bilməzdi”

“Qubad İbadoğlu qurultaydan əvvəl və qurultay zamanı verdiyi vədlərə əməl etmədi. Bizim durmadan təkrar etdiyimiz birlik çağırışlarımıza məhəl qoymadı”.

Müsavat Partiyasının başqanı Arif Hacılı Facebook səhifəsində bu barədə yazıb.

A. Hacılı Müsavat başqanlığına sabiq namizəd Qubad İbadoğlunu anti-müsavat kampaniyasının lideri olmaqda ittiham edib.

“Bu aylar ərzində bütün siyasi fəaliyyəti dövründə göstərmədiyi fəallıq nümayiş etdirdi. Heç vaxt hər hansı bir siyasi kampaniyanın lideri olmamışdı. Ətrafındakı qrupla anti-müsavat kampaniyasının lideri oldu. Müsavata vura biləcəyi bütün zərbələri vurdu. Müsavata qarşı bundan daha artığını edə bilməzdi”- deyə başqan Hacılı yazıb.

Ana səhifəXəbərlərArif Hacılı Qubad İbadoğlunun partiyaya zərbə vurmasından yazdı