Arif Hacılı mitinqlərin birində (arxiv)

Mənbə: Turan

Başlıq: Arif Hacılı mitinqlərin birində (arxiv)

Arif Hacılı: Planlaşdırdığımız aksiya keçiriləcək!

Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Müsavat Partiyasının noyabrın 12-nə təyin etdiyi aksiyasına icazə verməyib. BŞİH-dən partiyaya göndərilən cavab məktubunda bildirilib ki, toplantı keçirilməsi haqqında müraciətlərinə baxılıb və piketin keçirilməsi məqsədəuyğun hesab edilməyib.

Müsavat Partiyasının başqanı Arif Hacılı qərarın qərəzli olduğunu deyib: "Niyə məhz Müsavata, niyə hər hansı aksiyaya, niyə hətta piketə də icazə verilmir? Məncə, bu sualın cavabı qərəzsiz olan hər kəsə aydındır".

"Bundan daha artıq güzəştimiz mümkün deyil. Noyabrın 12-də, Bakı Şəhər İcra Hakimiyyəti qarşısında "Konstitusiyaya əməl et", "Sərbəst toplaşma azadlığı təmin edilsin" və digər şüarlarla planlaşdırdığımız aksiyamız keçiriləcək!", - deyə o əlavə edib.

Partiya başqanının müavini Fərəc Kərimli də öz “Facebook” hesabında BŞİH-in qərarına münasibət bildirib:

“Hakimiyyət növbəti dəfə Konstitusiyanı pozaraq Müsavat Partiyasının Bakı Şəhər İcra Hakimiyyəti qarşısına təyin etdiyi aksiyaya "yox" dedi. Səbəb kimi də ərazidə təhsil müəssisələrinin olduğu, nəqliyyatın intensivliyi göstərilir. Başa düşmürəm, Müsavat Partiyası aksiya keçirəndə yadlarına düşdü ki, ərazidə təhsil müəssisələri var?! Artıq dördüncü il olur ki, Müsavata aksiya üçün "yox" deyilir. Müsavat Partiyası təyin etdiyi aksiyanı 12 noyabr saat 15:00-da BŞİH-nin qarşısında keçirəcək”.

Bakı Şəhər İcra Hakimiyyəti Müsavat Partiyasının 2019-cu il yanvarın 12-nə və martın 10-na təyin olunmuş yürüşlərinə, 7 aprel mitinqinə imkan verməyib.

Partiya daha əvvəllər Bakı Şəhər İcra Hakimiyyətinin qarşısına təyin olunmuş 2, İranın Azərbaycandakı səfirliyinin qarşısına təyin olunmuş 1 piketə də razılıq ala bilməyib.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/1j4045

Ən çox baxılan