Arif Hacılı: ”Hakimiyyət hesabat verməlidir”

”Vyana görüşündən sonra danışıqların nəticələri 2-5 aprel döyüş əməliyyatlarından əvvəlki vəziyyəti müsbətə döğru dəyişməyibsə, deməli, əldə olunmuş uğurlar danışıqlar masası arxasında uduzulub”

Source:
Arif Hacılı
Arif Hacılı
Arif Hacılı
Arif Hacılı


”Vyana görüşündən sonra danışıqların nəticələri 2-5 aprel döyüş əməliyyatlarından əvvəlki vəziyyəti müsbətə döğru dəyişməyibsə, deməli, əldə olunmuş uğurlar danışıqlar masası arxasında uduzulub”

“Qarabağ məsələsi ilə əlaqədar Vyana görüşü barədə fərqli məlumatlar yayılır. Bəzi mənbələr Azərbaycan tərəfinin 5 rayonun ilkin şərtlər irəli sürülmədən qaytarılması, yalnız bundan sonra həm davamlı atəşkəs, həm də digər məsələlərin müzakirəsinə başlanılmasının mümkünlüyü şərtini irəli sürdüyü barədə məlumat verir. Bu mövzu mətbuatda da geniş müzakirə olunur. Lakin Rusiya XİN-in rəsmi nümayəndəsi 5 rayonun qaytarılması məsələsinin, ümumiyyətlə, müzakirəyə çıxarılmadığını bəyan edib”.

Bunu Müsavat Partiyasının başqanı Arif Hacılı öz Facebook səhifəsində yazıb.

“Bu arada Minsk qrupunun rəsmi açıqlamasında tərəflərin münaqişənin hərbi yolla həllinin olmadığı barədə razılağa gəldikləri, atəşkəs barədə 94-cü ildə qəbul olunmuş sənədlərin prinsiplərinə sadiq olduqlarını bildirdikləri qeyd olunur.

Əgər Minsk qrupu adından verilən bəyanat, Rusiya və Ermənistan rəsmi dairələrinin açıqlamalarında deyilənlər doğru deyilsə, niyə təkzib olunmur? Əgər həqiqətdirsə, bu, Azərbaycan diplomatiyasının ciddi məğlubiyyəti kimi dəyərləndirilməlidir” – deyə partiya başqanı qeyd edib.

Arif Hacılının fikrincə, Vyana görüşündən sonra danışıqların nəticələri 2-5 aprel döyüş əməliyyatlarından əvvəlki vəziyyəti müsbətə döğru dəyişməyibsə, deməli, hakimiyyətin də yüksək qiymətləndirdiyi, şəhidlərimizin qanı bahasına əldə olunmuş uğurlar danışıqlar masası arxasında uduzulub:

“Hakimiyyət gedən danışıqlar prosesi barədə bütün çətinliklərə baxmayaraq, Qarabağın azadlığı uğrunda yumruq kimi birləşməyi bacaran, bu yolda mərhumiyyətlərə dözən, şəhidlər verməyə hazır olan cəmiyyət qarşısında hesabat verməli, xalqın səsini eşitməlidir”.

Ana səhifəXəbərlərArif Hacılı: ”Hakimiyyət hesabat verməlidir”