Arif Hacılı: ”Cavid Hüseynov bir daha meydana çıxmamalıdır”

“Rasimə qarşı olan münasibət bütün jurnalistlərə qarşı edilir”

Source:


“Rasimə qarşı olan münasibət bütün jurnalistlərə qarşı edilir”

“Jurnalist Rasim Əliyevin vəhşicəsinə döyülərək, öldürülməsi çox sarsıdıcı xəbər oldu. O, mövcud olan anormal mühitin, cəzasızlığın, harınlığın qurbanıdır. Ədalət mühakiməsi sisteminin mövcud olmadığı bir ölkədə heç olmasa ictimai qınaq mühiti olmalıdır, bu da yoxdur. Bir ortabab futbolçu özünü ləyaqətlə apara bilməyərək millətimiz adına utanc gətirən hərəkətə yol verəndə müxtəlif əfsanələr uydurub, ondan saxta qəhrəman düzəltdilər. Cəzalandırmaq əvəzinə təriflədilər, təqdir etdilər. O, növbəti dəfə bir az da irəli getdi. Bəlkə də düşündü ki, jurnalisti döydürsə, bir az da populyarlaşar. Hesab edirəm ki, Cavid Hüseynov bir daha meydana çıxmamalıdır”.

Müsavat Partiyasının başqanı Arif Hacılı bu fikirləri yas yerində olarkən jurnalistlərlə söhbətində səsləndirib.

O, bildirib ki, Rasim Əliyevin ölümünə ümumi cəzasızlıq mühiti, polisin jurnalistin şikayətinə əhəmiyyət verməməsi, futbolçunun hərəkətlərinə görə cəzalanmayacağina əmin olması, səhiyyə sisteminin acınacaqlı vəziyyəti səbəb oldu: “Rasim Əliyevin qətlinə görə ilk növbədə bütün bu naqislikləri yaradan Azərbaycan hakimiyyəti cavabdehdir. Bu hakimiyyət, indiki idarəçilik sistemi mövcud olduqca belə hadisələr yenə də baş verəcək. Jurnalist Rasim Əliyevin qətlinə görə çox üzüldüyümü bildirir, mərhumun ailəsinə, dostlarına, yaxınlarına və bütün xalqımıza baş sağlığı verirəm. Rasimə qarşı olan münasibət bütün jurnalistlərə qarşı edilir”.

Ana səhifəXəbərlərArif Hacılı: ”Cavid Hüseynov bir daha meydana çıxmamalıdır”