***
Son məlumata görə, Azərbaycan Dövlət Televiziyanın
youtube
səhifəsi qapadılıb.
***
Prezident
sərəncam
verdi
“Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin sədri Arif Alışanov tutduğu vəzifədən azad edilib.
Prezident İlham Əliyev bununla bağlı yanvarın 15-də sərəncam
imzalayıb.
Arif Alışanov bu vəzifəyə 2006-cı il avqustun 16-da təyin edilmişdi.
Arif Alışanov 30 iyul 1960-cı ildə anadan olub.
D.Bünyadzadə adına Xalq Təsərrüfatı İnstitutunun mühasibat uçotu, iqtisadiyyat və təsərrüfat fəaliyyətinin analizi fakültəsində təhsil alıb.
1977-ci ildə Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində işə başlayıb.
1981-ci ildən şöbə müdiri, idarə rəisi, baş idarə rəisi, 1997-ci ildən Texniki-İstehsalat Birliyinin direktoru vəzifələrində çalışıb. 17 may 2001-ci ildən həmin birliyin direktoru vəzifəsi saxlanılmaqla Azərbaycan Dövlət Teleradio Verilişləri Şirkəti sədrinin texnika üzrə müavini işləyib.
28 mart 2005-ci ildə “Azərbaycan Teleradio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin sədr müavini vəzifəsinə təyin olunub.