ARDNF xaricdə təhsilə 31,6 mln. manat xərcləyib

Şirkət xaricdə təhsil verdiyi tələbələrin sayını açıqlayıb

Source:


Şirkət xaricdə təhsil verdiyi tələbələrin sayını açıqlayıb

“2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nın maliyyələşdirilməsi məqsədilə ayrılmış vəsait açıqlanıb.

Təhsil Nazirliyinin sifarişi əsasında 2016-cı ildə ARDNF-dən 31,6 mln. manat vəsait ayrılıb. Onun 15,5 mln. manatı yaşayış, 13,9 mln. manatı təhsil, təqribən 0,9 mln. manatı yol, 0,5 mln. manatı tibbi sığorta, 0,8 mln. manatı viza, qeydiyyat və digər xərclərin ödənilməsinə yönəlib.

Nazirlər Kabinetinin 2016-cı ildə fəaliyyəti haqqında hesabatında belə deyilir. 2008-2016-cı illərdə ARDNF tərəfindən bu proqramın maliyyələşdirilməsinə ümumilikdə 188,4 mln. manat məbləğində vəsait ayrılıb.

31 dekabr 2016-cı ildə ARDNF-nin vəsaiti hesabına xaricdə təhsili maliyyələşdirilmiş tələbələrin ümumi sayı 3 302 nəfər olub.

“2016-cı ildən etibarən dövlət proqramına qəbul dayandırıldığından, 2016-cı ildə Fond tərəfindən ayrılmış vəsait yalnız proqram çərçivəsində təhsilini davam etdirən tələbələrin təhsili ilə bağlı xərcləri əhatə edir”, – deyə məlumatda vurğulanıb.

Ana səhifəXəbərlərARDNF xaricdə təhsilə 31,6 mln. manat xərcləyib