Araz Əzimov: ATƏT-in Minsk Qrupu səylərini artırmalıdır

“Dağlıq Qarabağ münaqişəsinin həllindəki gecikmələr regional təhlükəsizliyə və regional layihələrin icrasına mənfi təsir edir”

Source:
Araz Əzimov
Araz Əzimov
Araz Əzimov
Araz Əzimov


“Dağlıq Qarabağ münaqişəsinin həllindəki gecikmələr regional təhlükəsizliyə və regional layihələrin icrasına mənfi təsir edir”

ATƏT-in Minsk Qrupu Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətindəki səylərini artırmalıdır.

Trend-in məlumatına görə, bunu bu gün Vyanada keçirilən ATƏT Daimi Şurasının iclası zamanı Azərbaycan xarici işlər nazirinin müavini Araz Əzimov deyib.

Araz Əzimov bildirib ki, Dağlıq Qarabağ münaqişəsinin həllindəki gecikmələr regional təhlükəsizliyə və regional layihələrin icrasına mənfi təsir edir.

Xarici işlər nazirinin müavini, həmçinin, Minsk Qrupunun bütün üzvlərinin iştirakı ilə görüşün keçirilməsinə çağırıb.

Azərbaycan terrorizm, narkotik vasitələrin dövriyyəsi və radikalizm ilə mübarizə sahəsində beynəlxalq normalara sadiqdir, – deyə Əzimov bildirib.

Ana səhifəXəbərlərAraz Əzimov: ATƏT-in Minsk Qrupu səylərini artırmalıdır