Araz Əlizadə iki il əvvəl həmin dairədən 36 səs qazanıb

Parlament seçkisində 35 saylı Xətai 3-cü Seçki Dairəsinin 18 saylı məntəqəsində 1380 seçici seçkidə iştirak edib, onların 1240 nəfəri, 26 saylı məntəqədə isə 1196 nəfər seçkidə iştirak edərək 1093 nəfəri Araz Əlizadəyə səs verib

Source:

Parlament seçkisində 35 saylı Xətai 3-cü Seçki Dairəsinin 18 saylı məntəqəsində 1380 seçici seçkidə iştirak edib, onların 1240 nəfəri, 26 saylı məntəqədə isə 1196 nəfər seçkidə iştirak  edərək  1093 nəfəri Araz Əlizadəyə səs verib

 “Dünən 35 saylı Xətai 3-cü seçki dairəsindən qalib elan olunan Araz Əlizadə üçün DSK-nın  misli görünməmiş seçki nəticələri ilə bağlı məlumat yaymışdıq. Bu gün isə araşdırmamız zamanı daha bir maraqlı fakta  rast gəldik”.

 Bu fikirlər Ümid Partiyasının mətbuat xidmətinin yaydığı press-relizdə yer alıb. Partiyadan Meydan TV-yə daxil olan məlumatda deyilir:

“2013-cü ilin Prezident seçkilərində 35 saylı Xətai 3-cü Seçki Dairəsinin 18 saylı məntəqəsində 1085 nəfər seçici seçkidə iştirak edib. Onun 890 nəfəri İlham Əliyevə səs verib. Həmin dairənin 26 saylı məntəqəsində isə 1066 seçici seçkidə iştirak edib və 855-i İlham Əliyevə səs verib.

2008-ci Prezident seçkilərində 35 saylı Xətai 3-cü Seçki Dairəsinin 18 saylı məntəqəsində 997 nəfər seçici seçkidə iştirak edib və onların 946-sı, 26 saylı məntəqədə isə seçkidə iştirak edən 890 seçicidən 824-ü Prezident İlham Əliyevə səs verib.

1 noyabr 2015-ci il Parlament seçkilərində MSK-nın saytında yerləşdirilən məlumata görə, guya ki, 35 saylı Xətai 3-cü Seçki Dairəsinin 18 saylı məntəqəsində 1380 seçici seçkidə iştirak edib, onların 1240 nəfəri, 26 saylı məntəqədə isə 1196 nəfər seçkidə iştirak  edərək  1093 nəfəri Araz Əlizadəyə səs verib.

Xatırlatmaq yerinə düşər ki, Araz  Əlizadə 2013-cü ilin Prezident seçkilərində  35 saylı Xətai 3-cü Seçki Dairəsindən cəmi 36 səs yığıb”.

Ana səhifəXəbərlərAraz Əlizadə iki il əvvəl həmin dairədən 36 səs qazanıb