Araz Əlizadə: Azərbaycanda ”seks turizmi yaranır”

“Biz sizinlə birgə inzibati yolla deyil, izahedici, maarifləndirici işlərlə bunu həll edə bilərik”.

Foto: Meydan TV


Tahir Kərimli: ''Yaşadığım binada hostel açdılar, köçmək məcburiyyətuində qaldıq''

“Gəlib, pulla və s. yollarla qızlarımızı yoldan çıxarırlar. Azərbaycanda seks turizmi inkişaf edir. Biz onsuz da bunu bacarmayacağıq. Buna qarşı ciddi mübarizə aparmaq lazımdır”.

Milli Məcliin iclasında deputat Araz Əlizadə Azərbaycanın İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorunun 2018-ci il üzrə illik məlumatının müzakirəsi zamanı belə deyib.

O bildirib ki, yaşayış binalarında hostel fəaliyyətinə icazə verilməsi müəyyən problemlərə səbəb olub:

“Rusiyada da çoxmənzilli binalarda hostellər təşkil edilməsinə icazə verilmişdi. Amma sonradan bu məsələdə dəyişiklik etdilər. Binaların birinci mərtəbəsində hostel təşkil etməyə o halda icazə verilir ki, girişi də ayrı olmalıdır. İnsanlar öz evlərində rahat yaşaya bilmirlər. Biz qanunvericiliyə bu istiqamətdə dəyişiklik etməliyik”.

Araz Əlizadə
Araz Əlizadə

Deputat Tahir Kərimli də hostellərlə bağlı narazılığını bildirib:

“2017-ci ildə qanuna dəyişiklik olundu ki, çoxmənzili binalarda qeyri-yaşayış sahəsinin hostelə çevrilməsi üçün icazə lazım deyil. Bundan sonra insanlar evlərini hostellərə, mehmanxanalara çevirirlər. Amma əvvəlki qanunda qonşuların mənafeyi nəzərə alınırdı. Yeni qanunda bu məsələ nəzərə alınmır. Azərbaycanda masaj salonlarına, barlara nəzarəti gücləndirmək lazımdır. Vaxtilə mən ərəblərlə bağlı məsələ qaldırmışdım”.

Deputat vurğulayıb ki, yaşadığı binanın hostelə çevrilməsi səbəbindən köçmək məcburiyyətində qalıb:

“Çoxmənzilli təzə binaların aşağı mərtəbələrinin hostel kimi istifadə edilməsi bir çox halda öz mənfi nəticələrini göstərir. Əxlaqsızlıq yuvalarının yaranmasına gətirib çıxarır . Mən paytaxtın mərkəzi küçələrindən olan Zərifə Əliyeva küçəsində çoxmənzilli yaşayış binalarının birində yaşayırdım. Orada da eyni vəziyyət yarandı. Biz qonşularla birgə bezdik və köçmək məcburiyyətində qaldıq. Kimsə özünü qanundan yuxarı göstərir. Belə şeylərə şərait yaradır. Bizim küçə mərkəzi küçədir. Oradan dünyanın hər yerindən gəlib keçən dövlət və hökumət nümayəndələri var. Birdən bu hal kiminsə qabağına çıxar. Ona görə də binaların belə yuvalara çevrilməsinin qarşısı alınmalıdır. Hazırda yaşadığım ərazidə hər kəs sözünü deputata deyir. Bəs deputat kimə desin?!”

Tahir Kərimli
Tahir Kərimli

Məsələyə münasibət bildirən İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatoru, daxili işlər nazirinin birinci müavini Vilayət Eyvazov hostellərin fəaliyyəti ilə bağlı narahatlığın başadüşülən olduğunu deyib.

O qeyd edib ki, sahibkarlıqla bağlı fəaliyyətə müdaxilənin qarşısının alınması ilə bağlı müvafiq sərəncam var, amma bu problemlərin həll edilməsi mümkündür:

“Biz sizinlə birgə inzibati yolla deyil, izahedici, maarifləndirici işlərlə bunu həll edə bilərik”.

Ana səhifəXəbərlərAraz Əlizadə: Azərbaycanda ”seks turizmi yaranır”