Araz Ağalarov: “Emin boşanıb, nəsə alınmadı”

“Onların çox yaxşı münasibətləri davam edir, uşaqlarını birlikdə tərbiyə edirlər”

Source:


“Onların çox yaxşı münasibətləri davam edir, uşaqlarını birlikdə tərbiyə edirlər”

Rusiyanın ən zəngin azərbaycanlılarından biri olan Araz Ağalarov “Vedomosti” qəzetinə müsahibəsində biznesi və ailə xəbərləri haqqında danışıb.

Oğlu Eminin nə ilə məşğul olduğu barədə suala cavabda Ağalarov deyib ki, Vegas ticarət-əyləncə kompleksləri; “Vegas Krokus siti” və 2017-ci ildə Moskvada açılacaq “Vegas Kuntsevo” onun tabeliyindədir.

Həmçinin, Emin 23 Crocus Group restoranına, “Krokus siti moll” ticarət kompleksinə; “Krokus siti holl” konsert zalına, Vegas City Hall (2016-cı ildə açılması nəzərdə tutulur) və SeaBreeze Resort (Bakıda, Nardaranda) layihəsinə nəzarət edir.

Eminin musiqi karyerası necə gedir sualına Ağalarov “uğurlu” deyə boildirib: “Son vaxtlar o, Rusiyanın aparıcı musiqi mükafatlarını alır. Hazırda xaricdə estrada fəaliyyətini fəallaşdırıb. Bu zaman o, həm musiqi, həm də bizneslə məşğul olur.

Ağalarov təsdiq edib ki, Emin Leyla Əliyevadan – Azərbaycan prezidentinin qızından boşanıb. “Niyə” sualına cavabda ata belə deyib: “Çox təəssüf edirəm ki, belə alındı. Onlar hər ikisi çox xeyirxah, pozitiv insanlardır. Görünür, nəsə alınmadı. Onların çox yaxşı münasibətləri davam edir, uşaqlarını birlikdə tərbiyə edirlər”.

Qızı haqqında suala cavabda Ağalarov deyib ki, o, ABŞ-da geyim dzayneri kimi universitet bitirib.

Hazırda öz biznesinə başlamağa çalışır, gənclər üçün çox bahalı olmayan zərgərlik məmulatları yaradır. O, Nyu-Yorkda yaşayır.


* Araz Ağalarov Crocus Group-un prezidenti və sahibidir. 1955-ci ildə Bakıda anadar olub. Bakı Politexnik İnstitutunu bitirib, iqtisad elmləri namizədidir. 1987-ci ildə “Zəfəran” ticarət kooperativini yaradıb, kompüter ticarəti ilə məşğul olub.


Moskvaya köçdükdən sonra “Krokus interneşnl”i yaradıb. Umumrusiya Azərbaycanlıları Konqresinin vitse-prezidentidir.

Ana səhifəXəbərlərAraz Ağalarov: “Emin boşanıb, nəsə alınmadı”