“”Aqrolizinq” ASC-i Azərbaycanda daha eybəcər forma alıb”

“Texnikanın alınması, mal-qara, istehsal vasitələri, kübrə və başqa kənd təsərrüfatı məhsullarının gətirilməsində mənimsəmələr yetərincədir”

Source:


“Texnikanın alınması, mal-qara, istehsal vasitələri, kübrə və başqa kənd təsərrüfatı məhsullarının gətirilməsində mənimsəmələr yetərincədir”

Bu ilin I rübündə Minsk Traktor zavodu Azərbaycana 272 təkərli traktor göndərib. Onlar zavod qiymətindən iki dəfə baha satılır.

Belarus Statistika Komitəsinin məlumatına görə, Azərbaycan $5 mln 50,1 min məbləğində və ya 1 ədəd $18 567-dan texnika alıb. Bu ilin I rübündə Azərbaycan gömrüyündən 266 “Belarus” traktoru keçib. Onların biri $21 863-a sənədləşdirilib. “Aqrolizinq” ASC (http://agrolizing.gov.az/upload/t.texnika.pdf) bu texnikanı fermerlərə 35 700 manata satıb. Hökumətin qərarına əsasən, fermerlər texnikanı lizinqə alanda qiymətinin 20%-i beh verməlidir. Texnikanın qiymətinin 40%-i dövlət ödəyir və fermer bir neçə il ərzində “Aqrolizinq” ASC ilə hesablaşır.

2013-cü ildə Azərbaycan Belarusdan $ 24 mln 247,4 min məbləğində 1168, 2014-cü ildə 1028 ($27 235,7 min) təkərli traktor alıb.

Belarusdan traktoru “Gəncə Avtomobil zavodu” alır. Traktorlar orda yığılır. Sonra Gəncə zavodu bu texnikanı fermerlərə lizinqə satmaq üçün “Aqrolizinq” ASC-yə verir.

“Turan İA”ın məlumatını Meydan TV-yə şərh edən kənd təsərrüfatı üzrə mütəxəssis Vahid Məhərrəmov uzun müddətdir “Aqrolizinq” ASC-in ləğv olunması təklifini gündəmə gətirdiklərini söylədi: “Əgər yerlərdə bu xidməti həyata keçirən sahibkarlar varsa, səhmdar cəmiyyətin nəzarətində olan avadanlıqlar müəyyən güzəştli şərtlərlə onlara verilməlidir”.

V.Məhərrəmov təəssüfləndi ki, başqa MDB respublikalarında da “Aqrolizinq” ASC-ləri korrupsiya mənbəyinə çevrilib. Azərbaycanda isə daha eybəcər forma alıb: “Texnikanın alınması, mal-qara, istehsal vasitələri, kübrə və başqa kənd təsərrüfatı məhsullarının gətirilməsində mənimsəmələr yetərincədir. Cəmiyyətin saytına baxdıqda, qeyri-şəffaflıq nəzərə çarpır, yəni özlərinə yaxın adamlar vasitəsilə tender keçirilir. Eləcə də Belarusdan traktorların alınıb-gətirilməsi normal hal deyil. Çünki bu texnika əksər sahələrdə istifadə olunduğundan səmərəli deyil. Elə müasir texnikalar mövcuddur ki, onlarla işləri daha qısa müddətdə və effektli görmək olar. Ona görə fermerlərə seçim vermək lazımdır ki, texniki avadanlıqlar onlar üçün əlçatan olsun. Birinci növbədə fermerlərə Çin, Rusiya, Avropa və hətta Belarus istehsalı olan texnika almağa şərait yaradılmalıdır. Burda artıq dövlətin və məmurların müdaxiləsinə imkan vermək olmaz. Belə olsa, fermerlər üçün seçim yaranacaq, həm də daha ucuz texnika alınması imkanı olacaq”.

“Aqrolizinq” ASC-in Kənd Təsərrüfatı Nazirliyinin nəzarətində olduğunu diqqətə çatdıran Vahid Məhərrəmov bildirdi ki, əvvəlki nazirin vaxtında qurumda mənimsəmələr barədə mətbuatda kifayət qədər yazılar getmişdi: “Yeni nazir bunları əsas götürüb “Aqrolizinq” ASC-ni ləğv etməliydi, ancaq yeni nazirin də bu sahəyə marağının yaranması sıradan bir hadisə deyil. Yəni avadanlıqların iki qat baha satılması ilə çoxlu gəlir əldə etmək adi hala çevrilib”.

Ana səhifəXəbərlər“”Aqrolizinq” ASC-i Azərbaycanda daha eybəcər forma alıb”