Aqil Məhərrəmli ev dusaqlığına buraxılmadı

Proses qapalı keçirilib

Source:
Aqil Məhərrəm
Aqil Məhərrəm
Aqil Məhərrəm
Aqil Məhərrəm


Proses qapalı keçirilib

İyulun 24-də Nəsimi Rayon Məhkəməsində AXCP Rəyasət Heyətinin üzvü Aqil Məhərrəmli haqqında həbs-qətimkan tədbirinin ev dustaqlığıyla əvəzlənməsi barədə vəsatətə baxılıb. Hakim Babək Pənahovun sədrliyilə keçirilən məhkəmədə A.Məhərrəmli özü də iştirak edib.

Məhkəmə qapalı keçirilib. Meydan TV-nin məlumatına görə, iclasda A.Məhərrəmlinin vəkili Aqil Layıcov müvəkkilinə qarşı ittihamların da, onun haqqında verilmiş həbs qərarının da əsassız olduğunu bildirib. Bu qərarın dəyişdirilməsini istəyən vəkil qeyd edib ki, Aqilin ev dustaqlığına buraxılmasının istintaqın gedişinə heç bir mənfi təsiri olmayacaq.

A.Məhərrəmli özü də çıxış edib və müdafiəçisinin verdiyi vəsatətin təmin olunmasını istəyib. AXCP funksioneri ona və partiyadan digər şəxslərə qarşı irəli sürülmüş çirkli pulyuma ittihamının saxta olduğunu bildirib. Təqsirsiz olduğunu vurğulayan A.Məhərrəmli söyləyib ki, ev dustaqlığı olsa belə, həbsdən buraxılmaq onun haqqıdır.

Prokurorluğun nümayəndəsi isə vəsatətə etiraz edib.

Bir neçə dəqiqəlik müşavirədən qayıdan hakim A.Məhərrəmlinin ev dustaqlığına buraxılması barədə vəsatətin təmin olunmadığını elan edib.

Vəkil A.Layıcov qərardan apelyasiya şikayəti verəcəyini deyir.

A.Məhərrəmli mayın 25-də AXCP Nərimanov şöbəsinin sədri Babək Həsənov və partiyanın Gənclər Komitəsi Məclisinin sədri Ruslan Nəsirli ilə birlikdə həbs olunub.

Onlar Gədəbəy rayonunun keçmiş icra başçısı Saleh Rüstəmli ilə birlikdə çirkli pulları leqallaşdırmaqda ittiham olunurlar. İddia olunur ki, S.Rüstəmlinin Rusiyadan AXCP-yə pul göndərdiyi pulları onlar alıb partiya rəhbərinə çatdırıblar. Prokurorluğun rəsmi açıqlamasında 412 min dollardan söhbət gedir.

AXCP sədri Əli Kərimli isə bu ittihamın qondarma olduğunu bildirib və həbsləri partiyaya qarşı illərdir davam edən repressiyaların davamı kimi qiymətləndirib.

Əli Kərimli deyib ki, Saleh Rüstəmli ilə uzun illərdir dostdurlar. S.Rüstəmli ona dostu olaraq, bir neçə dəfə 500-1000 dollar (ümumilikdə 4-5 min) pul yardımı edib.

Adları çəkilən şəxslərə CM-nin 192 (qanunsuz sahibkarlıq) və 193-cü (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma) maddələrinin müxtəlif bəndləri ilə ittiham irəli sürülüb. Bu maddələrdə 7 ildən 12 ilə qədər həbs cəzası nəzərdə tutulub.

Ana səhifəXəbərlərAqil Məhərrəmli ev dusaqlığına buraxılmadı