Aqil Abbas: İnsanların soyadlarını məcburi qaydada dəyişdirmək olmaz

Milli Məclis soyadların dəyişdirilməsi məsələsini müzakirə etdi

Source:
Milli Məclis
Milli Məclis

Milli Məclis soyadların dəyişdirilməsi məsələsini müzakirə etdi

“Yeni nəsil şəxsiyyət vəsiqələri verilən zaman soyadlarla bağlı məsələyə də dəyişiklik etmək lazımdır. Bu məsələdə vətəndaşlar könüllü deyil”.

Bunu Milli Məclisdə deputat Fərəc Quliyev təklif edib. O vurğulayıb ki, vətəndaşlar bunu könüllü edərsə, müvafiq icra strukturu müəyyən təklif verə bilər:

“Cümhuriyyətin 100 illliyi ərəfəsində belə bir dəyişikliyin edilməsi çox yaxşı olardı”.

Deputat Aqil Abbas isə deyib ki, insanların soyadlarını məcburi qaydada dəyişdirmək olmaz və bu, maarifləndirmə yolu ilə tərdicən həyata keçirilməlidir.

Spiker Oqtay Əsədov isə komitə sədri Əli Hüseynliyə müraciə edərək, “Əli müəllim, mən elə bildim ki, siz Fərəc müəllimə sual verəcəksiniz ki, sən özün niyə soyadını dəyişdirmirsən?”

Parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib ki, indi yeni nəsil soyadların fərqli sonluğundan istifadə edir: “Burada heç bir problem yoxdur. Köhnə nəslin isə öz soyadını dəyişdirmək istəyi onların öz seçimidir”.

Ana səhifəXəbərlərAqil Abbas: İnsanların soyadlarını məcburi qaydada dəyişdirmək olmaz