Samir Qaçayev Tərtər istiqamətində gedən döyüşlərdə həlak olub
“2016-cı il aprelin 2-də Ermənistanla təmas xəttində baş verən döyüş zamanı şəhid olan Samir Qaçayevin məzarının üstü hələ də götürülməyib”. Bu barədə “baku.ws”saytı məlumat verib.
Sayt yazır ki, Azərbaycan Rəssamlıq Akademiyasının yetirməsi olan S.Qaçayev 1994-cü ildə anadan olub. O, ixtisasca heykəltaraş olub.
Tərtər rayonunun “N” saylı hərbi hissəsində xidmət edən S.Qaçayev Şamaxı rayonunun Çuxuryurd kəndindəki məzarlıqda dəfn olunub.
Saytın redaksiyasına göndərilən videoda şəhidin məzarının üstünün götürülmədiyi görünür.
Məsələ ilə bağlı Müdafiə Nazirliyinin və Şamaxı rayon İcra Hakimiyyətinin münsibətini öyrənmək mümkün olmayıb.