Apelyasiya Məhkəməsi prokurorluğun protestini təmin etməyib

Qonşusunun ölümündə günahlandırılan Səfər Əliyevlə bağlı qərar qüvvədə qalıb

Source:
Səfər Əliyevə verilən işgəncənin rəsmi
Səfər Əliyevə verilən işgəncənin rəsmi


Qonşusunun ölümündə günahlandırılan Səfər Əliyevlə bağlı qərar qüvvədə qalıb

Bakı Apelyasiya Məhkəməsində qonşusunun ölümündə ittiham olunaraq, 7 ay həbsdə saxlanmış Səfər Əliyevin işinə baxılıb. Binəqədi Rayon Məhkəməsi onun həbsdə saxlanma müddətini uzatmaqdan imtina etsə də, prokurorluq bu qərardan apelyasiya protesti verib, S.Əliyevin yenidən həbsxanasına qaytarılmasını istəyirdi.

S.Əliyev dörd gün öncə

Meydan TV

-yə müsahibəsində törətmədiyi cinayətə görə 7 ay həbsdə saxlanmasından, polislərin dəyənəklə döyməklə, bədəninin müxtəlif nahiyələrini yandırmaqla, toka verməklə qonşunun qətlinin onun boynuna qoyulmasından danışmışdı:

“Sinəmi, qoltuqlarımın altını, ayaqlarımın arasını, arxamı alışqanla yandırırdılar. Deyirdilər, qol çək ki, “qonşunu sən öldürmüşəm, içində sənədlər və 500 manat pul olan pulqabını sən aparmısan”. Deyirdim, axı bunu mən eləməmişəm, necə boynuma götürüm?!”

Bakı Apelyasiya Məhkəməsi (Foto: APA)
Bakı Apelyasiya Məhkəməsi (Foto: APA)

Bakı Apelyasiya Məhkəməsində hakim İlqar Murquzovun sədrliyilə keçirilən qapalı məhkəmə iclasında prokurorluğun protestinə baxılıb. S.Əliyevin vəkili Adil İsmayılovun Meydan TV-yə bildirdiyinə görə, protest təmin olunmayıb. Apelyasiya Məhkəməsi də S.Əliyevin həbsdən buraxılması barədə Binəqədi Rayon Məhkəməsinin 28 yanvar 2019-cu il tarixli qərarını haqlı sayıb.

2018-ci ilin mayında Binəqədi rayonu, 7-ci mikrorayonda – Süleyman Sani Axundov küçəsi ev 5/34 ünvanında qətl hadisəsi baş verib. 1941-ci il təvəllüdlü, ikinci mərtəbədə yerləşən mənzilində tək yaşayan Ələsgər Dadaşov boğularaq qətlə yetirilib, daha sonra evdə axtarış aparılıb. Hadisədən təxminən bir ay sonra beşinci mərtəbədə yaşayan əlil S.Əliyev şübhəli şəxs qismində saxlanılıb.

Belə rəsmiləşdirilib ki, S.Əliyevin corabı yuxarıdan qonşunun eyvanına düşüb. Gəlib mərhumdan corabını alandan sonra onu bir əlinin baş və ikinci barmağıyla tutub boğub.

Ana səhifəXəbərlərApelyasiya Məhkəməsi prokurorluğun protestini təmin etməyib