Apellyasiya Məhkəməsi Xədicə İsmayıl haqda qərarı qüvvədə saxladı

Xədicə İsmayıl irəli sürülən ittihamları peşə fəaliyyəti əlaqələndirək rədd edib

Source:


Xədicə İsmayıl irəli sürülən ittihamları peşə fəaliyyəti əlaqələndirək rədd edib

Noyabrın 25-də Bakı Apellyasiya Məhkəməsində hakim İlqar Murquzovun sədrliyi ilə araşdırmaçı jurnalist Xədicə İsmayılın apellyasiya şikayətinə baxılıb.

Məhkəmə Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarını qüvvədə saxlayıb.

Qərara əsasən, Xədicə İsmayıl 7,6 il azadlıqdan məhrum edilib.

Jurnalist Xədicə İsmayıla qarşı ötən ilin dekabrın 5-də Cinayət Məcəlləsinin 125-ci maddəsi (özünü öldürmə həddinə çatdırma) irəli sürülüb və o, həmin gün həbs olunub. Birinci instansiya məhkəməsində bu ittiham çıxarılıb.

Fevral ayında jurnalistə qarşı Baş Prokurorluq Cinayət Məcəlləsinin179.3.2 (mənimsəmə və israf etmə- külli miqdarda törədildikdə),192.2.2 (qanunsuz sahibkarlıq), 213.1(vergi ödəməkdən yayınma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui istifadə) maddələri ilə yeni ittihamlarını elan edib.

Xədicə İsmayıl irəli sürülən ittihamları peşə fəaliyyəti əlaqələndirək rədd edib.

Ana səhifəXəbərlərApellyasiya Məhkəməsi Xədicə İsmayıl haqda qərarı qüvvədə saxladı