Apellyasiya Məhkəməsi sabiq naziri həbsdə saxlayıb

11 il həbsdə olan Ə.İnsanov onu buraxmamaq məqsədilə bu ittihamların uydurma olduğunu bildirib

Source:


11 il həbsdə olan Ə.İnsanov onu buraxmamaq məqsədilə bu ittihamların uydurma olduğunu bildirib

Oktyabrın 18-də Bakı Apellyasiya Məhkəməsi keçmiş səhiyyə naziri Əli İnsanovun yeni ittihamla üç ay müddətinə həbslə bağlı şikayətini təmin etməyib. Bu barədə “Turan”-a məhkəmədən bildiriblər. Ə.İnsanov prosesdə iştirak etməyib.

Oktyabrın 11-də Qaradağ Rayon Məhkəməsi rayon prokurorluğunun təqdimatı əsasında Ə.İnsanovu narkotik maddənin saxlanması və yayılması, hakimiyyət nümayəndəsinə müqavimət göstərilməsi ittihamları ilə həbs edib.

11 il həbsdə olan Ə.İnsanov onu buraxmamaq məqsədilə bu ittihamların uydurma olduğunu bildirib.

Ə.İnsanov 2005-ci ilin oktyabrında dövlət çevrilişinə cəhd ittihamı ilə həbs olunub. Lakin sonradan hakimiyyət bunu nədənsə unudub və onu iqtisadi cinayətlərə görə 11 il müddətinə həbs edib.

Avropa İnsan Hüquqları Məhkəməsi Ə.İnsanovun hüquqlarının pozulduğunu tanısa da Azərbaycan hakimiyyəti onu azad etməyib.

Hüquq- müdafiə təşkilatları Ə.İnsanovu siyasi məhbus kimi tanıyırlar.

Ana səhifəXəbərlərApellyasiya Məhkəməsi sabiq naziri həbsdə saxlayıb