Apellyasiya Məhkəməsi Rəsul Cəfərovu həbsdə saxlayıb

Hakim qərarı onunla əsaslandırılıb ki, hüquq müdafiəçisi istintaqdan gizlənə bilər

Source:


Hakim qərarı onunla əsaslandırılıb ki, hüquq müdafiəçisi istintaqdan gizlənə bilər

Dekabrın 19-da Bakı  Apellyasiya Məhkəməsi hüquq müdafiəçisi Rəsul Cəfərovun həbsinin ev dustaqlığı ilə əvəz olunması barədə şikayətini təmin  etməyib.

Hüquqşünas Gunay İsmayılovanın Meydan TV-yə verdiyi məlumata görə, hakim  Nəsimi Rayon Məhkəməsinin qərarını qüvvədə saxlayıb. Bu, onunla əsaslandırılıb ki,  R. Cəfərov istintaqdan gizlənə bilər.

İsmayılova onu da əlavə edib ki, Rəsul Cəfərovun işi üzrə ibtidai istintaq başa çatıb.

R.Cəfərov bir neçə QHT-yə qarşı ümumi cinayət işi üzrə cəlb edilib. Lakin hazırda onun işi ayrıca icraata götürülüb və Bakı Ağır Cinayətlər Məhkəməsində baxılacaq.

Ötən həftənin sonlarında istintaq R.Cəfərova qarşı yeni ittihamlar – CM-in 313 və 179.3.2-ci maddələri ilə vəzifə saxtakarlığı və mənimsəmə ittihamları irəli sürüb. Bu ittihamlar üzrə o 12 ilədək azadlıqdan məhrum edilə bilər.

“Demokratiya naminə incəsənət” hüquq- müdafiə kampaniyasının əlaqələndiricisi Rəsul Cəfərov avqustun 2-də qanunsuz sahibkarlıq, vergi ödənişindən yayınma və vəzifə səlahiyyətlərindən sui-istifadə ittihamları ilə həbs edilib.   Oktyabrın 23-də onun həbs müddəti 3 ay uzadılıb.

 Amnesty İnternational R.Cəfərovu “vicdan məhbusu” kimi tanıyıb.

Ana səhifəXəbərlərApellyasiya Məhkəməsi Rəsul Cəfərovu həbsdə saxlayıb