Həbs qərarı qüvvədə saxlanılıb
Aprelin 25-də Apellyasiya Məhkəməsində dövlətə xəyanətdə ittiham olunan “Zerkalo” qəzetinin icmalçısı Rauf Mirqədirovun həbsi barədə qərardan verilmiş apellyasiya şikayətinə baxılıb.
Jurnalistin vəkili Fuad Ağayev Meydan TV-yə bildirib ki, məhkəmə əvvəlki instansiyanın qərarını qüvvədə saxlayıb.
Rauf Mirqədirov aprelin 19-da Türkiyədən deportasiya olunub və onu hava limanında MTN əməkdaşları həbs edib. Jurnalistə qarşı Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham irəli sürülüb. Baş Prokurorluq Mirqədirovun 2008-ci ilin ilin aprelindən Ermənistanın xüsusi xidmət orqanları ilə əməkdaşlıq etdiyi barədə məlumat yayıb. Jurnalist bu ittihamları rədd edib.
Artıq jurnalistin həbsi ilə əlaqədar ABŞ Dövlət Departamenti, AŞ PA rəsmiləri və başqa beynəlxalq təşkilatlar etiraz bəyantları yayıblar.