Apellyasiya Məhkəməsi Müsavatın şikayətini təmin etməyib

Gülağa Aslanlı: “Ali Məhkəməyə kassasiya şikayəti verəcəyik”

Source:


Gülağa Aslanlı: “Ali Məhkəməyə kassasiya şikayəti verəcəyik”

Sentyabrın 1-də Bakı Apellyasiya Məhkəməsi hakim Mirzə Tağızadənin sədrliyi ilə keçirilən prosesdə Müsavat Partiyasının “Respublika” təşəbbüs qrupunun qeydə alınmaması barədə Mərkəzi Seçki Komissiyasının (MSK) qərarından verdiyi şikayəti təmin etməyib. Bu barədə “Turan” agentliyinə Müsavat Partiyasının Mərkəzi Seçki Qərargahının sədri Gülağa Aslanlı bildirib.

Avqustun 27-də MSK “Respublika” təşviqat qrupunun müdafiəsinə verilmiş 41 128 seçici imzasının 3600-nün etibarsiz olması barədə qərar çıxarıb.

Müsavat Partiyası MSK-nın siyasi motivli qərar çıxardığını bildirib.

“Müsavat Partiyası apellyasiya şikayətində göstərib ki, Seçki Məcəlləsinə görə, təşəbbüs qrupunun məsələsi gündəliyə çıxarılmamışdan 24 saat öncə imzaları yoxlayan işçi qrupunun protokolu təqdim edilməlidir. Protokolda düzgün olmayan imzaların sırası və səbəbləri göstərilməlidir. Bu protokol təqdim olunmayıb. Məhkəmədə təşəbbüs irəli sürdük ki, imzalar yoxlanılsın. Bir çox imzalarda seçicinin şəxsiyyət vəsiqəsinin verilmə tarixinin düzgün yazılmaması göstərilib. Biz məhkəmədən xahiş etdik ki, həmin şəxsin şəxsiyyət vəsiqəsinin surətini məhkəməyə təqdim etmək üçün vaxt verilsin. Məhkəmə əks dəlil gətirmədən şikayətin təmin edilməməsi barədə qərar qəbul etdi”, – deyə Gülağa Aslanlı bildirib.

Müsavat Partiyası Apellyasiya Məhkəməsinin qərarından Ali Məhkəməyə kassasiya şikayəti verəcək.

Ana səhifəXəbərlərApellyasiya Məhkəməsi Müsavatın şikayətini təmin etməyib