Sülh və Demokratiya İnstitutunun direktoru barədə həbs qətimkan tədbirinin dəyişdirilməsi haqqında vəsatət təmin olunmayıb
Avqustun 6-da Bakı Apellyasiya Məhkəməsi Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunus barəsində həbs qətimkan tədbirinin dəyişdirilməsi haqqında vəsatəti təmin etməyib.
Meydan TV-in prosesdə iştirak edən əməkdaşı deyib ki, məhkəmə birinci instansiya məhkəməsinin 3 aylıq həbs qərarını qüvvədə saxlayıb.
Leyla Yunus CM-in 274 (dövlətə xəyanət), 213 (vergi ödənişindən yayınma), 192 (qanunsuz sahibkarlıq), 320 (sənədlərin saxtalaşdırılması), 178.3.2 (böyük ölçüdə fırıldaqçılıq) maddələri ilə ittiham olunur.
“Amnesty İnternational” Təşkilatı Leyla Yunusu vicdan məhbusu kimi tanıyıb.