Apellyasiya Məhkəməsi kəlbəcərliləri həbsdə saxlayıb

Source:

Martın 10-da Qarabağ separatçılarının məhkəməsində Kəlbəcər rayonunun keçmiş sakinləri Dilqəm Əsgərov və Şahbaz Quliyevin apellyasiya şikayətinə baxılıb.

Məhkəmə şikayəti təmin etməyərək əvvəlki  qərarı – D.Əsgərovun ömürlük, Ş.Quliyevin isə 22 il müddətinə azadlıqdan məhrum edilməsi barədə qərarı  qüvvədə saxlayıb.

D.Quliyev və Ş.Əsgərov, həmçinin Həsən Həsənov 2014-cü il iyunun 29-da ermənilərin işğalında olan Kəlbəcər rayonuna gediblər. Onlar bildiriblər ki, məqsədləri doğmalarının məzarlarını ziyarət etmək olub. Lakin ermənilərin əlinə keçiblər. Atışma zamanı H.Həsənov öldürülüb. D.Quliyev və Ş.Əsgərov əsir götürülüb.

Erməni tərəfi bildirib ki, onlar 17 yaşlı gənci və Ermənistan ordusunun zabitini öldürüblər.

Kəlbəcərlilərin barəsində hökm ötən il dekabrın ortalarında çıxarılıb. Məhkumlar günahlarını etiraf etməyiblər (Armİnfo).

Ana səhifəXəbərlərApellyasiya Məhkəməsi kəlbəcərliləri həbsdə saxlayıb