AŞPA rəhbəri Ann Braser Şəkidə iki saat Tofiq Yaqublu və İlqar Məmmədovla söhbət edib
Sentyabrın 24-də Şəki Apellyasiya Məhkəməsində 23-24 yanvar 2014-cü il İsmayıllı iğtişaşları haqqında iş üzrə proses başa çatıb.
Apellyasiya Məhkəməsinin hökmü oxunub. Məhkəmə Anar Həsənov və Qəmbər Ağamalıyev şərti olaraq 3 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edib və onlar məhkəmə zalında sərbəst buraxılıb.
Elşən İsmayıllının azadlıqdan məhrumetmə müddəti 5,5 ildən 3 ilə qədər endirilib. Digər məhkumlar barəsində birinci instansiya məhkəməsinin hökmü dəyişikliksiz qalıb.
Maraqlıdır ki, bu gün AŞPA rəhbəri Ann Braser Şəkiyə gedib və iki saat Tofiq Yaqublu və İlqar Məmmədovla söhbət edib. Bu barədə onlar özləri məhkəmə zalında bildiriblər.