Apellyasiya Məhkəməsi Həsən Hüseynliyi həbsdə saxlayıb

“Hüseynli adının siyasi məhbuslar siyahısına daxil edilməməsini xahiş edib, baxmayaraq ki, özünü təqsirli bilmir”

Source:


“Hüseynli adının siyasi məhbuslar siyahısına daxil edilməməsini xahiş edib, baxmayaraq ki, özünü təqsirli bilmir”

Sentyabrın 9-da Gəncə Apellyasiya Məhkəməsində “Kamil vətəndaş” QHT-nin rəhbəri Həsən Hüseynlinin şikayətinə baxılması başa çatıb.

Bir müddət əvvəl o, xuliqanlıq və soyuq silah daşımaq ittihamı ilə 6 il müddətinə azadlıqdan məhrum edilib.

Vəkil Əlaif Həsənovun “Turan İA”-a verdiyi məlumata görə, müdafiə tərəfi Həsən Hüseynliyə bəraət verilməsini istəyib. Təkrar məhkəmə istintaqı haqqında vəsatət irəli sürülüb, belə ki, birinci instansiya məhkəməsi obyektiv olmayıb.

Məhkəmə vəsatətləri təmin etməyib və qərarı dəyişikliksiz saxlayıb.

Müdafiə tərəfi Ali Məhkəməyə kassasiya şikayəti verəcək, amma ədalətli qərar gözləmir və buna görə daha sonra Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət etmək niyyətindədir. Vəkil belə deyib.

Əlaif Həsənov bildirib ki, hakimiyyət təhsil də daxil olmaqla, bütün sahələri inhisarı altına alır. Görünür, Həsən Hüseynlinin ölkə vətəndaşlarının xaricdə təhsil almasına kömək edən mərkəzinin fəaliyyəti onları qane etmirdi”.

Bununla belə, o qeyd edib ki, Hüseynli özü adının siyasi məhbuslar siyahısına daxil edilməməsini xahiş edib, baxmayaraq ki, özünü təqsirli bilmir.


* 57 yaşlı Həsən Hüseynli martın 31-də Gəncədə saxlanılıb. İki gün sonra o, həbsdən azad edilib, amma silah tətbik etməklə xuliqanlıq törətməkdə ittiham olunub.


Sonradan Hüseynliyə qarşı qanunsuz olaraq soyuq silah saxlamaqda və daşımaqda ittiham irəli sürülüb. İyulun 14-də Gəncənin Nizami rayon məhkəməsi Hüseynlini hər iki maddə üzrə təqsirli bilib və 6 il azadlıqdan məhrumetmə cəzasına məhkum edib.

Ana səhifəXəbərlərApellyasiya Məhkəməsi Həsən Hüseynliyi həbsdə saxlayıb