Apellyasiya Məhkəməsi də vəkilin şikayətini təmin etmədi

Yalçın İmanov apellyasiya instansiyasının qərarını aldıqdan sonra Avropa Məhkəməsinə şikayət göndərəcəklərini deyir

Source:


Yalçın İmanov apellyasiya instansiyasının qərarını aldıqdan sonra Avropa Məhkəməsinə şikayət göndərəcəklərini deyir

Vəkil Yalçın İmanovun 4 saylı cəzaçəkmə müəssisinə qarşı şikayəti təmin edilməyib

Bu haqda Meydan TV-yə vəkil özü bildirib.

Məhkəmə nəzarəti qaydasında verilmiş şikayət 4 saylı cəzaçəkmə müəssisəsində saxlanan vicdan məhbusu Xədicə İsmayılın vəkillərinin və sənədlərinin müəssisəyə girişdə və çıxışda axtarışa və qanunsuz senzuraya məruz qalmasının müdafiə hüququnun pozuntusu kimi tanınması, dəymiş ziyana görə maddi təzminat və sairlə bağlı idi.

Mayın 11-də Xətai Rayon Məhkəməsində işə baxan hakim İbrahim İbrahimli şikayəti icraata götürməkdən imtinaya dair qərar qəbul etmişdi. Mayın 24-də həmin qərardan verilmiş apellyasiya şikayətinə baxan Bakı Apellyasiya Məhkəməsi də şikayətin təmin edilməməsinə dair qərar qəbul edib.

Yalçın İmanov deyir ki, məhkəmədə 3 vəsatətlə çıxış edib. Vəsatətlər 4 saylı cəzaçəkmə müəssisəsindən X.İsmayıl və onun vəkilləri ətrafında əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair qərarın tələb edilərək məhkəmədə araşdırılması, Xədicə İsmayılova və 4 saylı Cəzaçəkmə müəssisəsinin əməkdaşı, ədliyyə giziri Allahverdi Hüseynovun şahid qismində məhkəməyə dəvət edilərək dindirilməsinə dair olub. Məhkəmə vəsatətlərin heç birini təmin etməyib. Apellyasiya şikayətində digər vəkil Fariz Namazlı da iştirak edib.

Yalçın İmanov apellyasiya instansiyasının qərarını aldıqdan sonra Avropa Məhkəməsinə şikayət göndərəcəklərini deyir.

Ana səhifəXəbərlərApellyasiya Məhkəməsi də vəkilin şikayətini təmin etmədi