Əli Kərimli həbsdə qaldı: Məhkəməyə gedən 20-dən çox fəal saxlanıldı

AXCP sədri Əli Kərimli

Bu gün, dekabrın 5-də Bakı Apellyasiya Məhkəməsində Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli barəsində seçilmiş həbs qətimkan tədbiri qərarından verilmiş şikayətə baxılıb.

Məhkəmə Səbail Rayon Məhkəməsinin qərarını qüvvədə saxlayıb.

AXCP-dən verilən məlumata görə, məhkəmə önünə yığışan 20-dən çox fəalı polis saxlayıb. Bundan başqa məhkəməyə gələnlərə müəyyən maneələr də yaradıldığı bildirilir.

Saxlanılanların arasında AXCP Təşkilat Şöbəsinin sədri Saqif Qurbanovun və partiyanın Binəqədi şöbəsinin sədri Ramid Nağıyevin olduğu deyilir.

Eyni zamanda məhkəmə ərazisində internet bloklanıb.

Əli Kərimli noyabrın 29-da saxlanılıb.

Onun barəsində dekabrın 1-də Cinayət Məcəlləsinin 278.1 (hakimiyyəti zorla ələ keçirməyə, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirməyə yönələn hərəkətlər) maddəsi ilə ittiham olunub. Həmin gün Səbail rayon məhkəməsində onun barəsində 2 ay 15 gün müddətinə həbs qəti imkan tədbiri seçilib.

Hökümətyönlü media onun Ramiz Mehdiyev işinə görə saxlanıldığını yazır.

Ana səhifəSiyasətƏli Kərimli həbsdə qaldı: Məhkəməyə gedən 20-dən çox fəal saxlanıldı