Bu gün, dekabrın 19-da Bakı Apellyasiya Məhkəməsində Azərbaycan Xalq Cəbhəsi (AXCP) Partiyasının sədri Əli Kərimlinin ev dustaqlığına buraxılması ilə bağlı verilmiş apellyasiya şikayətinə baxılıb.
Məhkəmə şikayəti təmin etməyib və Səbail Rayon Məhkəməsinin qərarını qüvvədə saxlayıb.
Əli Kərimlinin “Facebook” səhifəsində qeyd olunur ki, polislər məhkəmə binasının mühasirəyə alıb. Məlumata görə bir neçə nəfər istisna olmaqla AXCP fəallarının məhkəmə binasının önünə gəlməsinə icazə verilməyib.
AXCP sədrinin müavini Seymur Həzi məhkəmə prosesindən sonra deyib ki, bu qərar onlar üçün gözlənilməz olmayıb.
“Məhkəmənin dörd tərəfini polislər mühasirəyə almışdı. Yalnız bir neçə nəfərimizi məhkəmənin qarşısına buraxdılar. Bu münasibət özü göstərir ki, işin əvvəlindən qərəz var, siyasi sifarişdir. Əli Kərimli ifadə verməməkdə və ittihamları rədd etməkdə davam edir”, – Seymur Həzi belə deyib.
Əli Kərimli noyabrın 29-da saxlanılıb.
Onun barəsində dekabrın 1-də Cinayət Məcəlləsinin 278.1 (hakimiyyəti zorla ələ keçirməyə, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirməyə yönələn hərəkətlər) maddəsi ilə ittiham olunub. Həmin gün Səbail rayon məhkəməsində onun barəsində 2 ay 15 gün müddətinə həbs qətimkan tədbiri seçilib.
Hökümətyönlü media onun Ramiz Mehdiyev işinə görə saxlanıldığını yazır.